Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

İşçilərin və onların ailə üzvlərinin asudə vaxtlarını keçirməsi üçün müəssisənin balansında olan so


Cavab

Vergi Məcəlləsinin (VM) 108-ci maddəsinə əsasən VM-in X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Azərbaycan qanunvericiliyinə görə, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir (VM, maddə 109.3).

Qeyd olunanlara əsasən:

Müəssisənin balansında olan həmin əmlak gəlirin əldə edilməsində iştirak etmədiyinə görə həmin əmlaka görə hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılmır.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Mənbə: www.vergiler.az

2018-05-14 | Vergilər | Baxılıb: 3469 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!