Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Orxan Həşimov Səfər, eleskerovcavidan@gmail.com, Bakı (05.06.2018) (ID: 17096)

Sualım mənfəət vergisindən azad olunan fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin zərər etdiyi hal ilə bağlıdır. Belə ki, bu halda vergi ödəyicisi həmin zərəri növbəti 5 ilə keçirə bilərmi? Misal üçün, vergi ödəyicisi sənaye parkında qeydiyyatdadır və 7 il müddətinə mənfəət vergisindən azaddır. Əgər vergi ödəyicisi 6-cı ildə zərər edərsə, yəni gəlirdən çıxıla bilən xərcləri əldə etdiyi gəlirindən çox olarsa, bu zərəri növbəti 5 ilə keçirmək hüququ vardırmı? Eyni zamanda, cavabınızın birbaşa hansı maddə ilə əlaqəli olduğunu qeyd etməyinizi sizdən xahiş edirik.

Mənbə: www.taxes.gov.az


Cavab

Bildiririk ki, mənfəət vergisindən azad olunan fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin həmin fəaliyyətlə bağlı zərərinin vergiyə cəlb edilən dövrdə əldə edilən mənfəəti hesabına kompensasiya edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 121-ci maddəsi.

AR Vergi Məcəlləsi, Maddə 121. Zərərin keçirilməsi 121.1. Müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. 121.2. Fiziki şəxsin

2018-06-06 | Vergilər | Baxılıb: 638 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!