Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

Əmlak icarəsindən gəlir əldə edən şirkət hansı vergi növünün ödəyicisidir?


Cavab

Vergilər Nazirliyinin şərhinə əsasən, icarəyə verən şəxs rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri olduqda onların bu fəaliyyətləri üzrə gəlirlərindən ödəmə mənbəyində vergi tutulmur, icarəyə verən həmin rezident müəssisələr və qeyri-rezidentin daimi nümayəndəlikləri vergi öhdəliyini mənfəət vergisinin ödəyicisi olmaqla ümumi qaydada özləri yerinə yetirirlər. Bu fəaliyyətdən əldə edilən gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxdıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanaraq hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq "Mənfəət vergisinin bəyannaməsi" vergi orqanına təqdim edilməklə həmin müddət ərzində də hesablanmış mənfəət vergisinin məbləği dövlət büdcəsinə ödənilməlidir.

Əmlakın icarəyə verilməsi fəaliyyəti göstərərək ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatının həcmi 200.000 manatdan artıq olan hüquqi şəxs növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda isə digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmalıdır.

Əlavə olaraq bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş verginin dərəcəsi bütün respublika üzrə 2 faiz müəyyən edilmişdir.

2019-11-22 | Vergilər | Baxılıb: 49 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!