Sual - Cavab


Sual ver  |  Bütün suallar

Sual

ƏDV ödəyicisi olan müəssisənin müştərilərinin əksəriyyəti vergiyə "0" faiz dərəcəsi ilə cəlb olunur. Müəssisə bu halda ƏDV hesabatını "0" dərəcəyə görə verdikdə hansı addımları atmalıdır? "0" faiz dərəcəsi üzrə sertifikatı necə icra etməlidir?


Cavab

Suallarla bağlı Vergilər Nazirliyinin şərhində bildirilib ki, hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən, podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən "Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)" təsdiq edir.

Odur ki, Vergilər Nazirliyi tərəfindən ƏDV-dən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə ƏDV sıfır (0) faiz dərəcəsi ilə tətbiq olunmalıdır.

Qeyd olunan əməliyyatlar ƏDV bəyannaməsinin 302 kodlu "ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar" sətrinin C1 xanasında dövriyyə məbləği ƏDV-siz, C4 xanasında isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faizlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 №-li Əlavəsində verilir.

2019-09-25 | Vergilər | Baxılıb: 1507 dəfə

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!