E-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri ilə bağlı 2 günlük "dəyirmi masa" keçirilib

2019-07-02 | Vergilər | 3745

İyunun 27-28-də Vergilər Nazirliyinin Tədris Mərkəzində e-qaimə-faktura və e-vergi hesab-fakturalarının tətbiqi məsələləri, bu zaman ortaya çıxan problemlər və onların həlli ilə bağlı "dəyirmi masa" keçirilib. Tədbirdə Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, iqtisadçı ekspertlər, sahibkarların ictimai birlikləri, beynəlxalq və yerli audit şirkətlərinin nümayəndələri, sahibkarlar, onların mühasibat uçotu məsələləri ilə məşğul olan mütəxəssisləri və mühasiblər iştirak ediblər.

Vergilər nazirinin müşaviri Xəqani Abdullayev Vergilər Nazirliyinin vergitutma məsələlərində daim açıq dialoqa hazır olduğunu və ictimaiyyətlə əməkdaşlıq prinsiplərinə önəm verdiyini vurğulayıb, bu görüşün məhz həmin qəbildən olduğunu qeyd edib.

Tədbirdə təqdimatla çıxış edən Vergilər Nazirliyinin İqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov e-qaimə-fakturanın tətbiqi sahəsində mövcud vəziyyət barədə məlumat verib, vergi ödəyicilərinin bu sahədə rastlaşdıqları problemlərin həlli istiqamətində görülən işlər barədə danışıb. Bildirib ki, e-vergi hesab-fakturası anlayışının Vergi Məcəlləsindən götürülməsi və vahid e-qaimə-fakturanın tətbiqi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi barədə təkliflər hazırlanır. O, həmçinin, vergi qanunvericiliyinə dəyişikliklər çərçivəsində yeni bir layhə kimi malların elektron alış aktının tətbiqinin planlaşdırıldığını da diqqətə çatdırıb.

Aktiv müzakirələr şəraitində keçən tədbirdə iqtisadçı ekspertlər, müxtəlif şirkətlərin nümayəndələri təcrübə zamanı ortaya çıxan problemlər barədə fikirlərini bölüşüb, onların həlli ilə bağlı təkliflərlə çıxış ediblər.

Vergilər Nazirliyinin rəhbər vəzifələri şəxsləri “dəyirmi masa” iştirakçılarının e-qaimə-fakturanın tətbiqi ilə bağlı qaldırdıqları məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıblar. Qeyd olunub ki, ekspert cəmiyyətinin və sahibkarlar təşkilatlarının təqdim etdiyi təkliflər əsasında vergi inzibatçılığında bir sıra dəyişikliklərin aparılması nəzərdə tutulur.

Tədbir iştirakçıları Vergilər Nazirliyinin ictimai müzakirələrə açıq mövqe nümayiş etdirməsini müsbət dəyərləndiriblər. Nazirliyin nümayəndələri "dəyirmi masa"da ekspertlər tərəfindən qaldırılan praktiki məsələlərin təhlilinin aparılacağını diqqətə çatdırıblar. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, belə görüşlər daim keçiriləcək və Vergilər Nazirliyi ictimaiyyət nümayəndələri ilə birlikdə çalışmağa hazırdır.

Mənbə: http://www.taxes.gov.az/modul.php?name=metbuat&bolme=pressreliz&pid=1854&lang=

Vergilər bölümünün son xəbərləri

2025-12-01 | Fərdi sahibkarlar üçün sosial sığorta ödənişləri optimallaşdırılacaq
2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!