Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır

2025-10-30 | Vergilər | 86

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır.

APA-nın xəbərinə görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Hazırda içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının, konyak və konyak materiallarının hər litrinə 4,8 manat aksiz dərəcəsi tətbiq olunur. Layihəyə əsasən, bu məhsullar üçün aksiz dərəcəsi 5 manata qaldırılır.

Aksiz dərəcəsi energetik içkilərin hər litrinə 3,1 manatdan 3,3 manata, tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litrinə 0,4 manat 0,5 manata yüksəldilir.

Aksiz dərəcəsi siqarillanın (nazik siqarlar), tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 45,5 manatdan 55 manata qaldırılır.

Mənbə: https://apa.az/maliyye/alkoqollu-ickiler-ve-siqaret-ucun-aksiz-derecesi-artirilir-922970

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!