Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək

2025-10-30 | Vergilər | 109

Azərbaycanın Avropa İttifaqına (Aİ) ixrac edəcəyi məhsulların 0,4 %-nə "karbon vergisi" təsir göstərəcək.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib.

O xatırladıb ki, gələn il yanvarın 1-dən Aİ tərəfindən elan olunmuş sərhəddə karbon ticarət tənzimlənməsi, yəni CBAM ("Carbon Border Adjustment Mechanism") işə düşür: "Yəni Avropa İttifaqına idxal olunacaq bir sıra məhsullara - 6 qrup məhsulara istehsal olduğu ölkədə istehsal zamanı emissiya olunan karbon vahidlərinə hər hansı bir karbon qiymətinin tətbiq olunub-olunmamasından asılı olaraq, sərhəddə karbon qiymətləri tətbiq olunacaq. Biz də təbii ki, yerli biznesin bu cür təsirlərdən qorunması üçün İqtisadiyyat Nazirliyində işçi qrup yaratmışıq. Bu məhsulların Aİ-yə ixracı zamanı tətbiq olunan qiymət siyasəti yerli biznesin rəqabət qəbiliyyətinə təsir edilməsinin ölçülməsi istiqamətində aidiyyəti işlər aparılır".

S. Musayeva qeyd edib ki, ilkin hesablamalara görə, Azərbaycanın bütün ixracında Avropa İttifaqına ixrac olunacaq "karbon vergisi"nin təsiri altına düşən məhsulların ixracının həcmi 0,4 %-dir: "Yeni qəbul olunmuş Avropa İttifaqındaki sadələşdirilmə mexanizmləri nəzərə alınsa, ümumiyyətlə, bu təsirlər kifayət qədər az olacaq".

Mənbə: https://report.az/maliyye-xeberleri/samire-musayeva-azerbaycan-ai-ye-ixrac-edeceyi-mehsullara-gore-karbon-vergisi-odeyecek

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!