Peşəkar mühasib sertifikatına malik olmaq mühüm şərtdir

2019-06-27 | Mühasibat uçotu | 847

III Milli Mühasiblər Forumunda çıxış edən Bakı Mühəndislik Universitetinin "Mühasibat uçotu" kafedrasının müdiri Firudin Sultanov bildirib ki, 2018-ci ildə "Mühasibat uçotu haqqında" Qanunda edilmiş dəyişikliklərlə dilimizə "peşəkar mühasib anlayışı" gətirildi: "Peşəkar mühasib "Peşəkar mühasib" sertifikatına (PMS) və Peşəkar Mühasib Təşkilatına (PMT) üzv olan şəxsdir. İri sahibkarlıq subyektləri, büdcə təşkilatları, bir sıra ictimai əhəmiyyətli qurumlar və maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasiblərinin qarşısına 2021-ci il dekabrın 31-dən mərhələli şəkildə peşəkar mühasib olmaq şərti qoyulub. PMS sayəsində mühasiblərin maliyyə və mühasibat sahəsində savadlılığı artacaq və ölçüləbilən olacaq. Beynəlxalq təşkilatların ingilis dilində keçirdikləri imtahanları və onların bu sahədə töhfələrini də inkar etməməklə yanaşı, Azərbaycan dilində keçirilən, qanunla tənzimlənən və peşəkar mühasib səviyyəsini müəyyən edən PMS maliyyə və mühasibat sahəsində biliklərin inkişafına müsbət təsir edəcək və əhatə dairəsini genişləndirəcək".

F.Sultanov qeyd edib ki, PMS-nin "Kiçik və orta sahibkarlıq subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları" (KOS-MHBS), "Maliyyə Hesabatlarının Beynəlxalq Standartları" (MHBS), "İctimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları" (İS-MUBS) üzrə əsasən üç növü müəyyənləşdirilib: "İS-MUBS PMS öz daxilində birinci və ikinci səviyyə olmaq üzrə iki yerə ayrılır. İmtahanlar iki mərhələyə ayrılır: mühasibat uçotu və qanunvericilik. Beynəlxalq təcrübədə peşəkar mühasib sertifikatları beynəlxalq standartlar və qanunvericilik mövzularından əlavə, idarəetmə uçotu, maliyyə menecmenti, audit və maliyyə təhlili kimi mövzuları da əhatə edir. Peşəkar mühasib MHBS və yerli qanunvericilik ilə yanaşı, şirkətdaxili məsrəflərin idarə edilməsi, maliyyə təhlili səriştələrinə də sahib olmalıdır. PMS-nın əhatə dairəsinin genişləndirilməsi vacibdir. Bunun üçün ilkin olaraq orta sahibkarlıq subyektlərində baş mühasiblərin peşəkar mühasib olmaq şərti qoyulmalıdır.

Xatırladaq ki, orta sahibkarlıq subyektləri 51-250 işçi və ya 3 milyon-30 milyon manat arası illik gəlirə sahib şirkətlərdir və bu kateqoriyadakı mühasiblərin peşəkarlığı müəssisə, eyni zamanda dövlət üçün əhəmiyyətlidir. Bundan əlavə, "Mühasibat uçotu haqqında" Qanunda edilmiş son dəyişiklikdən sonra orta sahibkarlıq subyekti üçün KOS-MHBS-yə uyğun maliyyə hesabatı hazırlamaq məcburi olsa da, bu müəssisənin baş mühasibinin peşəkar olması məcburi deyil. Bundan başqa, ölkədə gedən islahatlardan auditorlar da kənarda qalmamalıdır. Onların da "Peşəkar mühasib" sertifikatı almaları önəmlidir və indiki halda bu, qanunla tənzimlənmir. Türkiyədə peşəkar mühasiblər müvafiq şərtləri yerinə yetirdikdən sonra ancaq əlavə bir imtahanla bu vəzifəni icra edə bilirlər".

Qeyd edilib ki, Azərbaycanda peşəkar mühasiblərin peşəkar mühasib təşkilatlarına üzv olması şərti qanunla tənzimlənir və bu, müsbət haldır. Bununla yanaşı, peşəkar mühasib təşkilatlarının da onları bir araya gətirən və qanunla tənzimlənən vahid birliyə ehtiyacı var.

Fəxriyyə İKRAMQIZI

Mənbə: https://vergiler.az/news/economy/2706.html

Mühasibat uçotu bölümünün son xəbərləri

2019-09-05 | Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi
2019-08-29 | Yeni büdcə təsnifat kodları təsdiqlənib
2019-07-26 | Sənaye sektorunda çevik qərarların qəbulu və uçot sisteminin yaradılması mühüm vəzifələrdəndir
2019-07-21 | Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı pilot layihəyə start verildi
2019-06-27 | Milli mühasibat uçotu standartlarına dəyişikliklər beynəlxalq standartlara əsaslanır
2019-06-27 | Peşəkar mühasib sertifikatına malik olmaq mühüm şərtdir
2019-06-18 | Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələrdə dəyişiklik
2019-06-14 | Bakıda III Milli Mühasiblər Forumu keçirilib
2019-06-10 | Azərbaycanda elektron əmtəə nəqliyyat qaiməsi tətbiq ediləcək
2019-06-04 | Maliyyə Nazirliyi hesabatlarla bağlı müraciət edib

LAYİHƏ HAQQINDA

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Müəllif haqqında

MÜƏLLİFLƏRƏ:

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir.

ƏLAQƏ

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

(994)702011258

admin@muhasib.az

Məxfilik strateqiyası

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!