Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-04 | Mühasibat uçotu | 7261“Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq olunub.
Nazirlər Kabineti “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul edib. Qərara əsasən, “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” təsdiq edilib. Qaydalara görə, elektron qaimə-faktura elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Elektron qaimə-faktura aşağıdakı şəxslər istisna olmaqla, yalnız vergiödəyicisi kimi uçota alınmış şəxslər tərəfindən hazırlanır və təqdim edilir:
- bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi
- dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi
- notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi.
Vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir:
- malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə
- malların qaytarılması barədə
- malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən
- malların vəkalətverən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə
- agent (komisyonçu) tərəfindən malların alıcısına təqdim edilən
- agent tərəfindən malların vəkalətverənə qaytarılması barədə
- malların emala verilməsi barədə
- emal prosesi keçmiş malların qaytarılması barədə
- Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən.
Elektron qaimə-fakturanın uçotu hər bir vergiödəyicisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi - AVİS vasitəsilə həyata keçirilir.

Mühasibat uçotu bölümünün son xəbərləri |