Azərbaycanda akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır
2025-10-09 | Mühasibat uçotu |
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi respublika ərazisində fəaliyyət göstərən (qeydiyyatda olan və olmayan) akvakultura təsərrüfatlarının ilkin uçotunu həyata keçirir.
Bu məqsədlə təsərrüfat sahibləri – fiziki və hüquqi şəxslər öz ad, soyad, ata adı, əlaqə nömrəsi, ünvanı, təsərrüfatın sahəsi, su səthinin ölçüsü, yetişdirilən növlər, hər növ üzrə həcmlər və satış üçün nəzərdə tutulan miqdarları göstərərək məlumatları info@fish.gov.az elektron ünvanına göndərməlidirlər.
İlkin uçotun əsas məqsədi ölkə ərazisində fəaliyyət göstərən təsərrüfatların:
- sayını,
- coğrafi yerləşməsini,
- istifadə olunan su resurslarını,
- yetişdirilən akvakultura növləri üzrə illik istehsal həcmlərini,
- ümumi istehsal potensialını müəyyənləşdirməkdir.
Nazirlik fermerlərdən və sahibkarlardan formaları dolğun və dəqiq məlumatlarla doldurmalarını xahiş edir.

Mühasibat uçotu bölümünün son xəbərləri |