Hüquqi şəxslərin yaradılması və ləğv ediməsi artıq onlayn rejimdə mümkündür.

2014-09-04 | Vergilər | 2087

Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrasını təmin etmək məqsədilə Vergilər Nazirliyi tərəfindən göstərilməsi nəzərdə tutulan 60 elektron xidmətdən 2012-2013-cü illərdə istifadəyə verilmiş 54 növü üzrə inzibati reqlamentlər "Hüquqi Aktların Dövlət Reyestrin"də elektron variantda dərc edilib.

Nazirliyin Analitik informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Vergilər Nazirliyi tərəfindən daha 4 yeni xidmətin - "Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı", "Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması" və "ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi" elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.

Xatırladırıq ki, elektron xidmətlərin istifadəçiləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış hüquqi və fiziki şəxslərdir. Xidmət interaktiv qaydada ödənişsiz həyata keçirilir və http://www.e-taxes.gov.az, http://www.e-gov.az, ünvanlarında istifadəçilərə təqdim olunur. Yeni xidmətlər barədə ətraflı məlumatı https://www.e-taxes.gov.az və office@taxes.gov.az elektron ünvanından, nazirliyin vergi ödəyicilərinə xidmət mərkəzlərindən və 195 Çağrı Mərkəzindən əldə etmək olar.

Mənbə: http://www.trend.az

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!