Azərbaycanda elektron əmtəə nəqliyyat qaiməsi tətbiq ediləcək

2019-06-10 | Mühasibat uçotu | 1207

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır.

“Report” xəbər verir ki, bunu DANX-ın rəisi Həbib Həsənov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu sistem gələn il istifadəyə veriləcək: “Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük götürən və yük daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Yəni, sahibkarlar yükdaşıma prosesinə elektron nəzarət edə biləcək”.

www.e-muhasib.az saytının şərhi

Avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin daşınması əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilir. Bu sənəd hər bir halda tərtib edilir: həm daşınma müəssisəyə məxsus avtomobil nəqliyyatı ilə həyata keçirildikdə, həm də kənar daşınma müəssisəsi tərəfindən həyata keçirildikdə. Əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilməmiş əmtəə təyinatlı yüklər daşınma üçün qəbul edilə bilməz.

Əmtəə-nəqliyyat qaiməsi Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları ilə müəyyən olunmuş formada tərtib edilir. Yük daşınması müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa, əmtəə-nəqliyyat qaiməsi yükgöndərən tərəfindən tərtib edilir. Yüklərin daşınması daşıyıcı müəssisə ilə bağlanmış müqavilə əsasında təşkil edildikdə, əmtəə-nəqliyyat qaiməsi hər iki müəssisə tərəfindən tərtib edilə bilər.

Bir daşınma üçün yalnız bir əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir. Bir neçə daşınma əməliyyatları üçün eyni əmtəə-nəqliyyat qaiməsinin istifadə etmək olmaz. Misal üçün, eyni məhsulu fərqli müəssisələrə çatdırmaq lazımdırsa, o zaman, hər bir çatdırılmaya ayrı əmtəə-nəqliyyat qaiməsi tərtib edilməlidir.

Daha ətraflı

https://www.e-muhasib.az/sened.php?n=905

Mənbə: https://report.az/i-nfrastruktur/azerbaycanda-elektron-emtee-neqliyyat-qaimesi-tetbiq-edilecek/

Mühasibat uçotu bölümünün son xəbərləri

2019-10-15 | Kənd təsərrüfatında uçot və onun əhəmiyyəti
2019-10-08 | Malların satışının və geri qaytarılmasının rəsmiləşdirilməsi
2019-10-04 | Malların anbara mədaxilinin rəsmiləşdirilməsi qaydası
2019-09-24 | Əsas vəsaitlərin rəsmiləşdirilməsi
2019-09-23 | Məqsəd onların vergiyə cəlb edilməsi yox, uçotun qurulmasının təmin edilməsidir
2019-09-20 | Əsas vəsaitlərin mahiyyəti və təsnifatı
2019-09-18 | Paşa Bank Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasına (ARPA) üzv oldu
2019-09-18 | Mühasibat uçotunda maddi dəyərlilərin uçotunun aparılması
2019-09-18 | Pərakəndə ticarətin uçot və vergitutma məsələləri
2019-09-05 | Əsas vəsaitlərin yenidən qiymətləndirilməsi

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!