Azərbaycanda məcburi sosial sığorta ilə bağlı yeni uçot qaydaları hazırlanır

2019-05-26 | Vergilər | 581

Vergilər Nazirliyində məcburi sosial sığorta məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydaları hazırlanır.

“Report”un Nazirliyə istinadən verdiyi xəbərə görə, bu barədə Nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib.

Onun sözlərinə görə, 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə dəyişikliklərdən sonra bir sıra metodiki və normativ sənədlər, o cümlədən fiziki şəxslərin uçota alınması, uçotdan çıxarılması və ləğvi ilə bağlı qaydalar hazırlanıb. Hazırda bu qaydalar üzərində iş aparılır.

Qeyd olunub ki, bu il yanvarın 1-dən mayın 1-dək isə yeni qaydada uçota alınan kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçilərinin və ailə kəndli təsərrüfatları kateqoriyasından olan sığortaolunanların sayı 2 937 nəfər olub. Onlara VÖEN təqdim edilib, müvafiq olaraq Dövlət Sosial Müdafiə Fondundan SUN (sığortaedənin uyğunluq nömrəsi) təqdim edilib. Ə.Məmmədov bildirib ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi sosial sığorta haqlarının ödənilməsi işinin təşkili üzərində də iş aparılır:

"Bu məqsədlə Vergilər Nazirliyi bütün yerli strukturlara məktublar göndərib. Biz eyni zamanda ictimai təşkilatlarla da çalışmaq istəyirik", - deyə Ə. Məmmədov bildirib.

Qeyd edək ki, 2019-cu ildən məcburi dövlət sosial sığorta məqsədləri üçün uçota alınma proseslərini Vergilər Nazirliyi həyata keçirir. Həmin proseslərin iştirakçıları fərdi sahibkarlar, hüquqi şəxslər, digər vergi ödəyiciləri, o cümlədən vergi mükəlləfiyyəti olmayan digər qurumlardır. Onların sırasında kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən torpaq mülkiyyətçiləri, ailə kəndli təsərrüfatları sahibləri də var. Ə.Məmmədov qeyd edib ki, əvvəlki illərdə Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyata alınanların sayı 202 min nəfərə qədər olub, onlara SUN verilib. Ötən il məcburi dövlət sosial sığorta haqlarını ödəyənlərin sayı da müəyyən olunub. Onlardan 5 971-i Vergilər Nazirliyində uçota alınıb.

Mənbə: https://report.az/biznes/yeni-ucot-qaydalari-hazirlanir/

Vergilər bölümünün son xəbərləri

2019-09-20 | ƏDV məqsədləri üçün vergi ödəyiciləri keçmiş tarixə qeydiyyata düşdükdə verginin hesablanması
2019-09-20 | Bəyannamədə istehsal prosesi ilə bağlı olmayan xərcləri necə göstərməli?
2019-09-19 | Sadələşdirilmiş verginin ödəyiciləri risklərdən necə yan keçə bilər...
2019-09-19 | Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payının və səhmlərinin təqdim olunması zamanı mənfəət vergisinin hesablanması
2019-09-18 | Keçmiş tarixə ƏDV qeydiyyatı
2019-09-18 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərin vergi güzəştləri. Video
2019-09-18 | Vergi borcu əmlaka yönəldilə bilərmi?
2019-09-12 | Əsas vəsaitlərin satışından mənfəətin, zərərin, gəlirlərin yaranma məsələləri
2019-09-10 | Pərakəndə və topdansatış ticarət fəaliyyətində vergi öhdəlikləri
2019-08-29 | Kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!