Vergidən azad edilən əməliyyatların uçotunu aparmayanlara maliyyə sanksiyası tətbiq olunur

2019-05-21 | Vergilər | 2648

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olanların vergidən azad edilən əməliyyatların uçotunu aparmaq kimi öhdəliyi varmı?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, vergidən azad olunmuş gəlir əldə edən şəxslər də digər sahibkarlıq fəaliyyəti subyektləri kimi vergitutma obyektlərinin dəqiq uçotunu aparmağa borcludurlar. Ona görə də, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər bu əməliyyatlar üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli, vergi orqanına bəyan etməlidirlər.

Vergi Məcəlləsinin bu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşti və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergiödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq olunacaq.

Mənbə: https://azertag.az/xeber/Vergiden_azad_edilen_emeliyyatlarin_uchotunu_aparmayanlara_maliyye_sanksiyasi_tetbiq_olunur-1284265

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!