Xaricdə sahibkarlıq fəaliyyəti göstərən Azərbaycan vətəndaşları sosial sığorta haqqı ödəməlidirlər

2019-04-28 | Vergilər | 937

2019-cu il yanvarın 1-dən sosial sığorta haqlarının və işsizlikdən sığorta haqlarının hesablanması və ödənilməsi sahəsində yığım funksiyası və nəzarət dövlət vergi orqanlarının səlahiyyətlərinə aid edilib. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən nəzarət tədbirləri zamanı sosial sığorta haqlarının hesablanmasında vacib məqamlar açıqlanıb.

Nazirlikdən verilən açıqlamada bildirilir ki, qanunvericilikdə xarici ölkələrdə əmək fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşlarının gəlirlərinin Azərbaycan Respublikasında sosial sığorta haqlarına cəlb edilməsi nəzərdə tutulmur. Xarici ölkələrdə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən Azərbaycan Respublikasının vətəndaşları isə Azərbaycanda ümumi qaydada "Sosial sığorta haqqında" Qanunun 14.5.1-ci maddəsinə uyğun olaraq, məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Həmin maddəyə əsasən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Ancaq bu müddəa 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Buna qədər isə "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi barədə" 2018-ci il 30 noyabr tarixli qanunun keçid müddəalarına əsasən, həmin şəxslərin məcburi sosial sığorta ödənişləri yaşayış yeri üzrə qeydiyyatda olduğu ərazi üçün müəyyən edilmiş dərəcələrə uyğun hesablanır.

Mənbə: https://vergiler.az/news/economy/1951.html

Vergilər bölümünün son xəbərləri

2020-06-02 | Vergi sisteminin təkmilləşdirilməsi sahəsində Azərbaycan İsveçrə ilə əməkdaşlıq edəcək
2020-05-21 | Vergi ödəyicilərinin hesabatlılığı
2020-05-16 | İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinə xəbərdarlıq edib
2020-05-16 | Vergi ödəyicilərinin qəbulu əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək
2020-05-16 | ƏDV-nin geri qaytarılması
2020-05-16 | ƏDV-ni geri alan istehlakçı malı necə geri qaytara bilər?
2020-05-15 | ƏDV-nin müəyyən hissəsini geri əldə etmək üçün nələrə diqqət yetirilməlidir?
2020-05-05 | Xüsusi karantin rejimi ilə əlaqədar vergi hesabatlarının təqdim edilməsi müddətləri uzadılıb
2020-05-04 | Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması mexanizmi müəyyən edilib
2020-05-02 | Məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılır.

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!