Azərbaycan Vergilər Nazirliyinin əməkdaşı BMT-nin Ekspertlər Komitəsinə üzv seçilib

2013-08-06 | Vergilər | 2455

Nazirliyin Analitik informasiya şöbəsindən verilən məlumata görə, vergi sahəsində innovativ texnologiyaları mənimsəyərək tətbiq etməyə çalışan Vergilər Nazirliyi beynəlxalq əlaqələrini genişləndirməklə, bu sahədə uğurlu nəticələrə imza atır.

2013-cü il iyulun 26-da BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsinin yeni tərkibi təsdiqlənib. Təşkilatın baş katibinin qərarı ilə dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından 25 ekspert, o cümlədən Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin Beynəlxalq müqavilələr şöbəsinin rəisi Ülvi Yusifov növbəti 4 illik müddətə həmin komitənin üzvü seçilib.

Qeyd edək ki, BMT-nin Vergi məsələlərində beynəlxalq əməkdaşlıq üzrə Ekspertlər Komitəsi təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) tərkibinə daxil olan qurumdur. İlkin mərhələdə “BMT-nin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiyası” və «İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında ikitərəfli vergi sazişləri üzrə danışıqlar aparılmasına dair Tövsiyələr» adlanan sənədləri üzərində iş aparan mütəxəssislərin müvəqqəti qrupu formasında fəaliyyət göstərən bu qurum 2004-cü ildən ECOSOC yanında daimi komitəyə çevrilib, genişmiqyaslı fəaliyyətə başlayıb. Komitənin səlahiyyətlərinə vergitutma sahəsində beynəlxalq əməkdaşlıq, beynəlxalq vergidən yayınma ilə mübarizə, transfert qiymətləri, transsərhəd əməliyyatların vergiyə cəlb edilməsi, vergilərin toplanmasına yardım, məlumat mübadiləsi, qarşılıqlı razılaşma prosedurları və digər aktual məsələlər aiddir.

Komitənin üzvləri müxtəlif dövlətlərdən namizədlikləri irəli sürülmüş mütəxəssislər sırasından 4 il müddətinə seçilir. Komitə il ərzində müxtəlif məsələlər üzrə işləmək, habelə ECOSOC tərəfindən müəyyənləşdirilən uzunmüddətli gündəliyinin tələblərinə uyğun yekun sənədlər hazırlamaq üçün altkomitələrə bölünür. Komitə üzvləri ildə bir dəfə tam tərkibdə BMT-nin Cenevrədəki mənzil-qərargahında 5 günlük sessiyaya yığışaraq ilin yekunlarını müzakirə çıxarır və müvafiq sənədləri təsdiq edirlər.

Mənbə: www.apa.az

Vergilər bölümünün son xəbərləri

2024-05-17 | Kameral vergi yoxlamaları vergi ödəyicilərini risklərdən sığortalayır
2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!