Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdirilir.

2019-04-09 | Mühasibat uçotu | 2770

Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdirilir. FED.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Dəyişiklikdə təklif edilir ki, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə "Mühasibat uçotu haqqında" qanunun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə

-vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Eyni zamanda, "Mühasibat uçotu haqqında" qanunun tələblərinə uyğun olaraq mühasibat uçotu subyektlərində mühasibat uçotunun aparılması məqsədi ilə mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmənin yaradılmamasına və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə, mühasibat uçotu xidmətinin göstərilməsinin təşkil edilməməsinə görə

-vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin rəhbərləri tərəfindən peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə peşəkar mühasib olmayan şəxslərə baş mühasib vəzifələrinin icrasının həvalə edilməsinə görə

- vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.

Məcəlləyə dəyişiklik səsə qoyularaq qəbul edilib.

Mənbə: https://www.fed.az/az/biznes/62960/daha-bir-sahede-cerimeler-sertlesdirilir-mecelleye-deyisiklik

Mühasibat uçotu bölümünün son xəbərləri

2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir
2020-04-24 | Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.
2020-03-09 | Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
2020-09-03 | Nağdsız hesablaşmalar
2020-02-28 | Balansdan silinən əsas vəsaitlərə görə verginin hesablanması

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!