Vergilər Nazirliyi: banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər

2019-03-15 | Vergilər | 866

Son günlər bəzi kiçik sahibkarların yaranmış vergi borclarına görə bank hesablarının və ya bank kartlarının tam şəkildə dondurulması barədə məlumat yayılır. Bildirilir ki, Vergilər Nazirliyi vergi borcları olan fiziki şəxslərin faktiki borcların məbləği göstərilməklə bank hesabları və ya kartlarındakı vəsaitlərin müvafiq hissəsinin dondurulması barədə banklara sərəncam göndərib. Banklar isə vergi borcları üzrə məbləğləri deyil, sahibkarın bank hesabındakı bütün vəsaitlərini dondurub ki, bu da narazılığa səbəb olur.

Vergilər Nazirliyinin "vergilər.az"a açıqlamasında qeyd olunur ki, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, vergi borclarının dövlət büdcəsinə vaxtında ödənilməməsinə görə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Həmçinin Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "İşsizlikdən sığorta haqqında" qanunlarda edilmiş dəyişikliklərə əsasən, sosial sığorta və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi 2019-cu il yanvarın 1-dən Vergilər Nazirliyinə həvalə edilib. Odur ki, vergi ödəyiciləri borclarını vaxtında ödəmədikdə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam göndərir.

Vergi Məcəlləsinə uyğun olaraq, borcların alınması haqqında sərəncam bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman borclar vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir. Vergi orqanının sərəncamı geri qaytarılana qədər kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslər borcların dövlət büdcəsinə alınmasını təsdiq edən sənəd əsasında alınmış həmin məbləğ həcmində vergi ödəyicisinin vəsaitini hesabda dondurmaqla həmin vəsaitlər üzrə sərəncamın icrasını dayandırır.

Vergilər Nazirliyi bildirir ki, banklar və ya digər kredit təşkilatları vergi ödəyicilərinin bank hesablarında olan vəsaitinin yalnız icra sənədi olan sərəncamda göstərilən məbləğ üzrə dondurulması və ya alınmasını təşkil etməklə, digər hissəsi üzrə onların istəyinə uyğun olaraq müvafiq hərəkətlər etməyə borcludurlar

Xatırladaq ki, Vergi Məcəlləsinin 65-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır. Əvvəllər vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. 2019-cu ildən isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılır və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq təmin edilir. Nəticədə vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Elxan SALAHOV

Mənbə: https://vergiler.az/news/taxes/1428.html

Vergilər bölümünün son xəbərləri

2020-01-28 | ƏDV məqsədləri üçün vergitutma əməliyyatlarının aparıldığı vaxt
2020-01-27 | Hüquqların güzəşt edilməsi
2020-01-27 | ƏDV ödəyiciləri yanvarın 31-dək Məlumat Forması təqdim etməlidirlər
2020-01-27 | POS-terminalla ödəniş qəbul edən sahibkarlara vergi güzəşti
2020-01-24 | Xarici şirkətlə işləyən sığorta agentinin vergi öhdəlikləri
2020-01-24 | Ödəmənin aparıldığı vaxt
2020-01-24 | Elektron qaimə-fakturalarla bağlı yenilik
2020-01-24 | Əlavə dəyər vergisinin bəyannaməsi üzrə edilmiş dəyişikliklər
2020-01-21 | Gəlir vergisi ödəyiciləri üçün daha bir yenilik
2020-01-17 | Gəlir əldə edilməsi ilə bağlı çəkilən xərc - 3

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!