Azərbaycanda yeni idxal gömrük rüsumunun tətbiqinə başlanılıb

2019-03-09 | Vergilər | 205

Bu gündən Azərbaycanda sürücü də daxil olmaqla tutumu 120 nəfərdən çox olan, sıxılmış qazla hərəkətə gətirilən avtobuslar üçün yeni idxal gömrük rüsumları qüvvəyə minib.

“Report” xəbər verir ki, Nazirlər Kabinetinin "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edilməsi barədə qərarına əsasən, bu gündən həmçinin məxsusi olaraq hava limanlarında istifadə üçün nəzərdə tutulmuş avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Sıxılmış qazla hərəkətə gətirilən, xüsusi olaraq tibbi məqsədlər üçün nəzərdə tutulmuş avtomobillər üçün də idxal gömrük rüsumu alınmayacaq. Sürücü daxil olmaqla 120 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla hərəkətə gətirilən digər avtobusların isə mühərriklərinin hər bir kubsantimetri üçün 1,2 ABŞ dolları idxal gömrük rüsumu alınacaq.

AR Nazirlər Kabinetinin Qərarı ilə buradan tanış ola bilərsiniz.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-yeni-idxal-gomruk-rusumunun-tetbiqine-baslanilib/

Vergilər bölümünün son xəbərləri

2019-03-20 | Məzuniyyət ödənişlərindən vergi necə tutulacaq? - Çoxsaylı sorğuların cavabı
2019-03-18 | Un və çörəklə bağlı vergi güzəştlərinin müddəti artırılır
2019-03-15 | Vergi ödəyiciləri ilə münasibətdə bankların və digər kredit təşkilatlarının vəzifələri
2019-03-15 | Vergilər Nazirliyi: banklar yalnız sərəncamda göstərilən məbləği dondura bilərlər
2019-03-13 | Sığortaedənlər üçün zəruri məlumat
2019-03-12 | Vergi ödəyiciləri və vergi orqanları arasında yazışma
2019-03-12 | Nağdlaşma səviyyəsinin azaldılması məqsədilə Vergi Məcəlləsinə yeni dəyişikliklər ediləcək
2019-03-11 | Uzunmüddətli müqavilələr üzrə gəlir və gəlirdən çıxılan məbləğ
2019-03-09 | Azərbaycanda yeni idxal gömrük rüsumunun tətbiqinə başlanılıb
2019-03-06 | İstifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən gəlir vergisinin hesablanması

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!