Tələbələr arasında “Mühasibatlıq üzrə keçiriləcək Olimpiada” çərçivəsində seçim turları davam edir.

2019-02-07 | Mühasibat uçotu | 304

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən Bakı, Sumqayıt və Gəncə şəhərlərində “Gənclər üçün Mühasibatlıq üzrə II Olimpiadanın təşkili” adlı layihə həyata keçirilir.

Layihənin əsas məqsədi gənclərin mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, bacarıqlı və istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində olimpiadadan qabaq seçim turlarının keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, növbəti seçim turu 5 fevral 2019-cu il tarixində Azərbaycan Universitetinin tələbələri ilə keçirilmişdir. Nəticələrə əsasən müvafiq keçid balını toplayan tələbələr olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Məlumat üçün bildirək ki, seçim turları Sumqayıt və Gəncə şəhərləri daxil olmaqla daha 4 ali təhsil müəssisəsində keçiriləcəkdir. Yekun olaraq Olimpiadanın Bakı Konqres Mərkəzində seçim turlarında qalib gələn gənclər arasında keçirilməsi planlaşdırılır.

Mənbə:

Mühasibat uçotu bölümünün son xəbərləri

2019-05-24 | Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiq edilib
2019-05-18 | Bakıda III Milli Mühasiblər Forumu keçiriləcəkdir
2019-05-07 | Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydaları təsdiq edildi
2019-05-04 | QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər davam edir.
2019-04-09 | Tələbə Gənclər arasında Mühasibat uçotu üzrə II Olimpiadanın final mərhələsi keçirilmişdir.
2019-04-09 | Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdirilir.
2019-04-05 | Millət vəkili: "Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələri o qədər də yüksək deyil"
2019-04-03 | Baş mühasib vəzifəsinə tələblər dəyişdirilir
2019-03-29 | Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
2019-03-27 | "Peşəkar mühasib” hazırlıq kursuna qeydiyyat başladı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!