Vergilər Nazirliyi daha bir mühüm yeniliyə hazırlaşır

2019-02-01 | Vergilər | 2054

Elektron xidmətlərin təqdim edilməsi sahəsində dövlət orqanları arasında öndə olan nazirlik bu sahədə fəaliyyətini davam etdirir

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bildirib ki, yenicə tətbiqinə başlanılan "Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı" layihəsi də bu istiqamətdə həyata keçirilən islahatların davamıdır: "Qeydiyyat sahəsindəki dəyişikliklər sahibkarların dəstəklənməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilib. Bu istiqamətdə bizim növbəti layihəmiz hüquqi şəxslərin qeydiyyat məlumatlarındakı dəyişikliklərlə bağlı müraciətlərin elektronlaşdırılmasını nəzərdə tutur. Hüquqi şəxsin təsis sənədlərinə edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə elektron qaydada müraciət edilə biləcək. Yəni əvvəllər qeydiyyata alınmış hüquqi şəxslərin dövlət reyestr məlumatları: məsələn, direktoru, hüquqi ünvanı dəyişib, yaxud nizamnamə kapitalı artıbsa, bu halda həmin məlumatların yenilənməsi elektron qaydada mümkün olacaq. Elektron qaydada müraciət zamanı Vergilər Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək imza ilə təsdiqlənəcək".

Qeyd olunub ki, nizamnaməyə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanacaq. Bu halda, təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olub onu imza ilə təsdiqləyəcək.

Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki bu dəyişiklik məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi, şəffaflığın təmin edilməsi, vaxta qənaət, biznes strukurları üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyır: "Sahibkar yalnız elektron xidmətlərdən istifadə etməklə qısa müddətdə və asan yolla dövlət qeydiyyatı ilə bağlı məlumatlarında da dəyişiklik edə bilər. Bundan sonra yekun sənədlər sahibkarın "Elektron kabinet”inə göndərilməklə proses yekunlaşacaq". Hazırda layihə razılaşdırma mərhələsindədir və onun yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.

Elxan SALAHOV

Mənbə: https://vergiler.az/news/taxes/806.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!