Nazir Fazil Məmmədov Azərbaycan vergi sistemində aparılan islahatların əsas hədəflərini açıqlayıb

2014-02-07 | Vergilər | 218

Azərbaycanda milli vergi sistemi son 10 il ərzində əsaslı modernləşmə prosesindən keçib.

Sahibkarlıq subyektlərinin sayının artması, ölkənin iqtisadi baxımdan aktiv inkişaf fazasına keçməsi vergi xidmətinin fəaliyyətinin də faktiki olaraq müasir əsaslarda yenidən qurulmasını zəruri edib. Son bir neçə il ərzində vergi sisteminin geniş diapazonlu texniki imkanlara malik texnoloji bazası qurulub. "APA-Economics"in xəbər verdiyi kimi, bunu Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər" adlı III Vergi Forumunda çıxış edən vergilər naziri Fazil Məmmədov bəyan edib.

F.Məmmədov vurğulayıb ki, artıq 3-cü ildir ki, vergilərə dair problemlərin açıq dialoq şəraitində müzakirə edildiyi bu yeni platforma olduqca səmərəli nəticələr verir. Əvvəlki forumlarda milli vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması və ən müasir texnoloji əsaslarda inkişaf etdirilməsi ilə bağlı geniş müzakirələr aparılıb, biznes cəmiyyəti ilə qarşılıqlı maraq doğuran müəyyən məsələlərdə ortaq yanaşma əldə edilib. Bu müzakirələrin nəticələri bu gün milli vergi sistemində aparılan yeni siyasətin əsaslarında öz əksini tapıb. Bu isə bir daha sübut edir ki, müzakirələrin məhz belə formatı vergi ödəyiciləri üçün daha səmərəli vergi sisteminin qurulmasına, vergi orqanları üçün isə daha səmərəli vergi inzibatçılığının formalaşdırılmasına, ölkədə daha əlverişli biznes mühitinin yaradılması üçün optimal və bütün tərəflər üçün faydalı həllər tapmağa imkan verir.

Nazir çıxışında bildirib ki, bu gün Azərbaycanın vergi sistemi dünyada tətbiq olunan əksər xidmətləri vergi ödəyicilərinə təqdim etmək iqtidarındadır: "Biz elə bir sistem qurmağa çalışırıq ki, vergi ödəyicisi vergi orqanına gəlmədən, praktiki olaraq, distant formada dövlət qarşısında bütün vergi öhdəliklərini yerinə yetirə bilsin. Hazırda Vergilər Nazirliyi vergi ödəyicilərinə 50-dən çox elektron xidmət göstərir. Bu, ölkədə tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur".

Bildirilib ki, sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində aparılmış islahatlar nəticəsində Dünya Bankının hazırladığı "Doing Business-2014" hesabatında "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan ilk onluğa daxil olub.

Milli vergi sisteminin dünya standartlarına uyğunlaşdırılması istiqamətində çalışan Azərbaycan vergi sahəsində aktiv mübadilə proqramlarının tərəfdarı kimi çıxış edir. Ötən il ölkə beynəlxalq birliyin təşəbbüsü olaraq ortaya çıxmış İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forumuna qoşulub.

Biznes ilə aparılan dialoqun nəticəsi olaraq, 2014-cü ildə vergi ödəyiciləri ilə münasibətlərin yeni əsaslarda qurulmasına başlanılıb. Artıq sahibkarlarla ilk partnyorluq sazişlərinin bağlanmasına start verilib. Bu, qarşılıqlı etimada əsaslanan, biznesin öz vergi öhdəliklərinə, vergi orqanlarının isə yeni nəzarət mexanizmlərinin tətbiqinə daha məsuliyyətli bir yanaşma formasıdır.

F.Məmmədov bildirib ki, yaxın gələcəkdə vergi sistemində müasir informasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdiriləcək. Bir sıra sahələrdə vergi nəzarətinin artırılması ilə bağlı yeni mexanizmlərin yaradılması ilə bağlı planlar var. Ortamüddətli perspektivdə 2013-cü ildə ilk pilot layihəsinə start verildiyi elektron auditin tammiqyaslı tətbiqi, eləcə də transfert qiymətlərinin tənzimlənməsi və elektron kommersiyanın vergi nəzarəti mexanizmləri üzərində işlər davam etdiriləcək.

Nazir xatırladıb ki, 2014-cü il "Sənaye ili" elan edilib. Bu baxımdan cari ildə sənayenin inkişafında ciddi irəliləyiş gözlənilir. Dünya iqtisadiyyatında innovasiyalı iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi hesab edilən, milli iqtisadiyyatda yeni sahələrin formalaşmasında və rəqabət qabiliyyətli olmasında böyük rolu ola biləcək texnoparkların yaradılması iqtisadi sistemdə ciddi dəyişikliklər vəd edir. Bu baxımdan beynəlxalq təcrübəyə əsaslanaraq, eləcə də orta və uzunmüddətli perspektivdə sənaye parklarının və texnoparkların inkişafını stimullaşdırmaq üçün həmin parklarda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 7 il müddətinə, parkların idarəedici təşkilat və operatorları isə müddətsiz vergilərdən azad edilib.

Azərbaycanın yaxın illərdə qarşısında duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı azaltmaq və qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənaye sektorunun sürətli inkişafını təmin etməkdir. Bütün bunlar "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəfləri sırasındadır və bu layihələrin həyata keçirilməsində vergi orqanlarının yeri və rolu barəsində Bakıda keçirilən bu forumda xüsusi təqdimat olacaq.

Mənbə: http://www.apa.az

Vergilər bölümünün son xəbərləri

2019-08-23 | Kənd təsərrüfatı məhsullarının alğı-satqısına dair vergi öhdəlikləri
2019-08-22 | Vergi Məcəlləsində dəyişiklik edildi
2019-08-20 | Sərnişin və yükdaşımada ƏDV ödəyiciləri üçün elektron qaimə-fakturaların təqdim edilməsi
2019-08-20 | Beynəlxalq daşımalar zamanı ƏDV necə tənzimlənir?
2019-08-19 | Əmlak vergisi hesablanarkən amortizasiya xərclərinin çıxılması qaydası
2019-08-19 | Sahibkarlar "Smart kassa" - yeni nəsil kassa aparatları vasitəsilə fəaliyyətlərini optimallaşdıra biləcəklər
2019-08-15 | Yükdaşıma şirkətinin ƏDV öhdəliyi
2019-08-14 | Neft məhsullarına görə ödənilən yol vergisi
2019-08-12 | Mehmanxana fəaliyyəti ilə məşğul olanlarla bağlı - VERGİLƏRDƏN AÇIQLAMA
2019-08-12 | Əczaçılıq fəaliyyətinin vergiyə cəlb olunması. Video

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!