Əmlak sahibləri üçün - YENİLİK

2019-01-28 | Vergilər | 2170

Əmlak vergisi bəyannaməsinin tərtib edilməsi qaydası təsdiq olunub.

FED.az Vegilər Nazirliyinə istinadən xəbər verir ki, Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən, bəyannamə Azərbaycan Respublikasının ərazisində əmlak vergisinin ödəyicisi sayılan vergi ödəyiciləri (hüquqi şəxslər) tərəfindən tərtib və təqdim edilməlidir. Vergi ödəyiciləri bəyannamənin 1-ci bölməsində özü haqqında ümumi məlumat verməli, müvafiq xanalarda əsas fəaliyyət növünün adını dəqiq qeyd etməlidir. Çünki əsas fəaliyyət növünün kodu vergi ödəyicisi tərəfindən doldurulmadığı halda, bəyannamə vergi orqanı tərəfindən qəbul edilmir.

Bundan başqa, qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin və ya kənarlaşmaya dair yazılı izahat barədə bildirişin nömrəsi yazılmalıdır. Vergi ödəyicisi bəyannamədə vergilərin hesablanması ilə bağlı xanaları doldurarkən müvafiq şərtlərə ciddi riayət etməlidir.

Eyni zamanda əmlak vergisi bəyannaməsinə əlavənin tərtib edilməsi qaydası təsdiqlənib

Əlavə əmlak vergisinin bəyannaməsində azadolma və güzəşt məbləği ilə əlaqədar müvafiq göstəricilər olduğu halda tərtib və təqdim edilir. Əlavədə vergidən azad olunan əmlakın dəyəri haqqında məlumatlar, Vergi Məcəlləsinin 199.4.1-ci maddəsinə əsasən: vergidən azad olunan əmlakın dəyəri yazılmalıdır. Əmlak vergisinin bəyannaməsinin əlavəsində məsul şəхslərlə bağlı bütün zəruri məlumatlar yаzılmаqlа оnlаr tərəfindən imzаlаnıb möhürlə təsdiqlənməlidir.

Mənbə: http://www.fed.az/az/news/read/55841

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!