Nağdlaşdırmaya tətbiq edilən 1% vergilə bağlı AÇIQLAMA

2018-12-26 | Vergilər | 3355

Nağdlaşdırmaya tətbiq edilən 1% vergi effekt vermir. Nağd vəsaitin çıxarılması daha da artıb.

"Marja"nın məlumatına görə, 1% verginin nağdsız ödənişlərə təkən verməməsinə baxmayaraq Vergilər Nazirliyi bu vergini ləğv etmək niyyətində deyil.

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov bildirib ki, nağdlaşdırmaya tətbiq edilən 1% verginin ləğv edilməsi nəzərdə tutulmur.

Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı mətbuat konfransında jurnalistlərdən birinin, "Pul vəsaitini nağdlaşdıran zaman tutulan 1% verginin ləğv edilməsi nəzərdə tutulur?" sualına Natiq Şirinov, "Sizə (jurnalisti nəzərdə tutur-red) bir sual verim. Əgər ötən ilin 11 ayı ilə müqayisədə banklardan çıxarılan nağd pulun məbləği əhəmiyyətli səviyyədə artmışdırsa, bu 1% vergini ləğv etmək olar?!",-cavabını verib. Sualı verən jurnalist isə Natiq Şirinova "Hökumət baxımından ləğv etmək olmaz" cavabını verib.

"MÜƏYYƏN QÜVVƏLƏR VAR Kİ, BUNU İSTƏMİR"

Vergilər Nazirinin müavini Sahib Ələkbərovun sözlərinə görə, nağdlaşdırmanın həddindən artıq yüksək olması şəffaflığın olmadığına işarədir: "Şəffaflaşmaya ən birinci əngəl nağdlaşdırmanın həddindən artıq yüksək olmasıdır. 1% tutulur, amma nağdlaşdırmanın səviyyəsi azalmır, artır. Dövlətin bu məsələdə mövqeyi qətidir, bu məsələdə geriyə addım atılmır. Çünki biz nağdsız ödənişlərin səviyyəsini artırmasaq, digər məsələlərin də həllində çətinliklər ilə üzləşəcəyik. Korrupsiyaya, rüşvətxorluğa da şərait yaradan nağdlaşdırmadır. Nağdsız ödənişlər artsa, korrupsiya da həllini tapacaq. Amma müəyyən qüvvələr var ki bunu istəmir. Dövlət də bildiyini edir. Düşünürəm ki, bu məsələdə geriyə addım atmaq düzgün olmazdı".

Qeyd edək ki, sahibkarların və şirkətlərin hesablarından nağd vəsait çıxartmalarını məhdudlaşdırmaq, nağdsız ödənişləri isə stimullaşdırmaq üçün 1% vergi tətbiq edilir.

Mənbə: http://marja.az/news/36181

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!