Topdansatışla məşğul olanlara aministiya verilir - Mallar haqqında məlumat verin,...

2018-12-26 | Vergilər | 3469

"Anbarındakı sənədsiz mallar haqqında məlumat ver, vergini ticarət əlavəsindən hesablayaq"

"Vergi qanunvericiliyinə edilən əlavə və dəyişikliklərdən sonra biz topdan satışla məşğul olanlar üçün aministiya elementlərini görürük".

"Marja"nın məlumatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

Onun sözlərinə görə, indiyədək 6% sadəlşdirilmiş vergi ilə işləyən topdan ticarət fəaliyyətilə məşğul olan sahibkarlara bir növ aministiya verilir. Onalara qanunla müəyyən olunmuş müdətdə sahib olduqları malları vergi orqanına bəyan etmək təklif olunur:

"İndiyədək 6%-lik sadələşdirilmiş vergi ilə işləyən topdan ticarətçilərin sahibliyində küllü miqdarda mallar var. Əslində həmin mallara münasibətdə vergi orqanı bir növ aministiya tətbiq edir. Qanunun keçid müddəasında heç bir şey yazılmasaydı, vergi orqanı ciddi vergi nəzarəti ilə alış sənədinin olub-olmamasından asılı olmayaraq həmin malların satışında əlavə dəyər vergisini ümumi məbləğdən hesablaya bilərdi. Amma qanunun keçid müddəası imkan verir ki, ilkin uçot sənədi olmasa belə, hətta qanunu pozaraq belə əldə edilibsə, həmin mallar haqqında qanunla müəyyən olunmuş forma və müddətdə məlumat verilsin. Əgər həmin mallar haqqında məlumat verilsə, sonradan həmin məhsulların şəfaf şəkildə təqdim olunmasından (satışından) vergi alış-satış qiymətləri arasındakı fərqdən (ticarət əlavəsindən) hesablanacaqdır. Bu da əslində qanunda aministiyanın bir elementidir".

Mənbə: http://marja.az/news/36172

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!