Xidməti müqavilə mübahisələrinə AYDINLIQ GƏTİRİLDİ

2018-12-25 | Vergilər | 3868

"Xidməti müqavilə ilə işləyən vergi ödəyiciləri. vergi güzəştlərini cari vergi ödənişləri vaxtı nəzərə alacaqlar. Mikro vergi ödəyicisi ( illik gəliri 200 min manatadək olanlar) hər rübdən sonrakı ayın 20-dək vergi məbləğindən 75% güzəşti çıxaraq qalan məbləği dövlət büdcəsinə köçürəcəkdir".

"Marja" xəbər verir ki, bunu keçirilmiş mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.

"Yəni büdcəyə artıq vergi ödənişi olmayacaqdır. Tutaq ki, vergi ödəyicisi 10 min manat gəliri əldə etmək üçün 8 min manat xərc çəkib. Qalan 2 min manat gəlir və ya mənfəətdən 20% vergi hesablanır. Hesablanmış 400 manat vergidən 75% güzəşt, yəni 300 manat çıxılır və 100 manat dövlət büdcəsinə ödənilir".

Qeyd edək ki, hazırda xidmətlər göstərən bir sıra sadələşdirilmiş vergi ödəyiciləri gələn ildən gəlir və ya mənfəət vergisinin ödəyicisi olacaqlır. Vergi dərəcəsi 20%-dir. Digər tərəfdən mikro sahibkarlara hesablanmış verginin 75%-i güzəşt ediləcəkdir.

Mənbə: http://marja.az/news/36135?title=xidmeti-muqavile-mubahiselerine-aydinliq-getirildi

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!