Daha bir nüfuzlu sığorta şirkəti ARPA-nın korporativ üzvü oldu

2018-11-19 | Mühasibat uçotu | 2052

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) korporativ üzvlərinin sayını artırır. "Azərbaycan Sənaye Sığorta"ASC ilə imzalanmış müqaviləyə əsasən, maliyyə sektorunda fəaliyyət göstərən bir çox şirkət kimi, Azərbaycan Sənaye Sığorta Şirkəti də ARPA-nın Korporativ üzvlüyünə daxil olmuşdur.

ARPA tərəfindən həyata keçirilən üzvlük siyasətinin əsas məqsədi ölkədə maliyyə və idarəetmə sahəsinin inkişafına, eyni zamanda müvafiq sahədə fəaliyyət göstərən fərdi və korporativ üzvlərinin maraqlarının müdafiəsinə nail olmaqdır. 22 illik fəaliyyəti ərzində Azərbaycanda sığorta sektorunda böyük nüfuz qazanan və peşəkarlığı ilə seçilən "Azərbaycan Sənaye Sığorta" ARPA-nın korporativ üzvləri sırasına daxil olmaqla, üzvlüyün verdiyi üstünlüklərdən istifadə etmək imkanı əldə etmişdir. Bununla yanaşı, bu əməkdaşlığın tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi üçün mühüm platforma olacağı hesab olunur.

Xüsusilə qeyd etmək lazımdır ki, ARPA-da fəaliyyət sferasını genişləndirmək məqsədilə Sığorta Komitəsinin təsis edilməsi barədə qərar qəbul olunmuşdur. Bu addım ARPA-nın sığorta sahəsinin inkişafında və bu sahədə mövcud olan problemlərin həllində vacib rol oynamaq niyyətindən irəli gəlir və gələcəkdə ARPA-nın İnsan Resurslarının İdarə edilməsi, İctimaiyyətlə Əlaqələr sahəsində də bu qəbildən olan Komitələri təsis edəcəyi planlaşdırılır.

Mənbə: www.arpa.az

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!