Azercell ARPA-nın Korporativ üzvləri sırasına qoşuldu

2018-11-02 | Mühasibat uçotu | 256

Azərbaycanda maliyyə, risk və ümumi idarəetmə sahəsində aparıcı qeyri-hökumət təşkilatlarından olan Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyasının (ARPA) korporativ üzvlərinin sayı artmaqdadır. Ölkənin bir çox nüfuzlu şirkətlərinin əməkdaşları üçün vacib platforma olan ARPA-nın korporativ üzvləri sırasına yenisi əlava olunmuşdur. Belə ki, Azərbaycanın ilk GSM operatoru olan və 4.5 milyondan çox abunəçi sayı ilə telekommunikasiya sektorunda lider mövqeyinə yüksələn mobil operatoru Azercell ARPA-nın korporativ üzvlüyünə daxil olmuşdur. Nəticədə, ARPA və Azercell Şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.

Qeyd etmək lazımdır ki, ARPA-nın korporativ üzvlüyünün verdiyi üstünlük və imkanlar Azercell Şirkətinin insan kapitalının davamlı inkişafına yönələn korporativ strategiyasının tələb etdiyi prinsiplərlə üst-üstə düşür. ARPA korporativ üzvlərinin mənafelərinə xidmət etməklə, maliyyə və risklərin idarə edilməsi sahəsindəki təcrübəsini üzvləri ilə bölüşür və bu əməkdaşlıq son nəticədə cəmiyyətin inkişafına və rifahına nail olmaq məqsədi daşıyır.

Peşəkar inkişafın dəstəklənməsi məqsədilə ARPA fəaliyyətini daha da genişləndirməyə və fəaliyyət göstərdiyi sferada innovativ layihələrin həyata keçirilməsinə davam edir.

Mənbə: http://arpa.org.az/az/2018/11/01/azercell-arpa-nin-korporativ-uzvl%C9%99ri-sirasina-qosuldu/

Mühasibat uçotu bölümünün son xəbərləri

2019-05-24 | Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiq edilib
2019-05-18 | Bakıda III Milli Mühasiblər Forumu keçiriləcəkdir
2019-05-07 | Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydaları təsdiq edildi
2019-05-04 | QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər davam edir.
2019-04-09 | Tələbə Gənclər arasında Mühasibat uçotu üzrə II Olimpiadanın final mərhələsi keçirilmişdir.
2019-04-09 | Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdirilir.
2019-04-05 | Millət vəkili: "Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələri o qədər də yüksək deyil"
2019-04-03 | Baş mühasib vəzifəsinə tələblər dəyişdirilir
2019-03-29 | Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
2019-03-27 | "Peşəkar mühasib” hazırlıq kursuna qeydiyyat başladı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!