Vergi ödəyicilərinə borclarına görə uzunmüddətli möhlət verilə bilər

2014-01-25 | Vergilər | 2240

"Hazırda vergi borclarının azalması üçün stimullaşdırıcı tədbirlərin siyahısını genişləndirmək məqsədilə mövcud beynəlxalq təcrübəni nəzərdən keçiririk və ola bilsin ki, gələcəkdə bununla bağlı Vergi Məcəlləsində müvafiq dəyişikliklər edilməsi təklif olunsun". Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsinin rəisi Zeynalabdin Məmmədzadənin sözlərinə görə, beynəlxalq təcrübədə də bir çox stimullaşdırıcı tədbirlər mövcuddur.

Məsələn, Amerika Birləşmiş Ştatlarının təcrübəsində vergi ödəyicisi vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi barədə vergi orqanına müraciət etməklə yanaşı, vergi öhdəliyini qrafik əsasında bərabər hissələrə bölünməklə ödəmək hüququna malikdir. O deyir ki, Latviyada borclu vergi ödəyicilərinə xüsusi dəstək proqramı çərçivəsində vergi borcunun 10 faizini ödəyən vergi ödəyicilərinin qalan borclarına görə onlara 60 ayadək müddətə möhlətin verilməsi və bu müddətdə faiz hesablanmasının dayandırılması nəzərdə tutulur.

Mənbə: http://www.ucnoqta.az

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!