Palata: Publik hüquqi şəxslərə mənfəət vergisi ilə bağlı güzəşt müddətli şəkildə tətbiq olunmalıdır

2018-10-31 | Vergilər | 3605

"Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, o cümlədən analitik fəaliyyətin nəticələrinə əsaslanaraq növbəti il üçün nəzərdə tutulan büdcə-vergi siyasətinin hədəflərini büdcə-vergi sisteminin təkmilləşdirilməsinə, eləcə də vergi orqanlarının və vergi ödəyicilərinin fəaliyyətinə əsasən müsbət töhfə verəcəyini qeyd etməklə yanaşı, bəzi məqamların səmərə verəcəyinə optimist yanaşmırıq".

"Report" xəbər verir ki, bu barədə məlumat "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Rəydə qeyd olunub ki, müvafiq qanunvericilik aktlarına əsasən, dövlət qeydiyyatı kommersiya qurumlarına bərabər tutularaq müvafiq reyestrə daxil edilən publik hüquqi şəxslər - dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

"Maddi-texniki bazanın formalaşdırılması məqsədilə yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi əsasən təbii proses kimi qəbul edilsə də uzunmüddətli perspektivdə belə yanaşma təbii hesab edilməməlidir. Yəni, publik hüquqi şəxslərin uzun müddət ərzində (misal üçün, 5 ildən artıq müddətdə) dövlət büdcəsindən əvəzsiz əsaslarla ayrılan vəsaitlərdən asılılıqlarının aradan qaldırılmaması (tam və ya əsas etibarı ilə), həmin qurumların büdcə təşkilatı deyil, məhz kommersiya qurumlarına bərabər tutulan publik hüquqi şəxs statusu altında fəaliyyətinin davam etdirilməsinə yenidən baxılması zərurətini yaradacaq. 2019-cu il üçün 19 publik hüquqi şəxs üzrə 405,4 mln. manat məbləğində vəsait nəzərdə tutulub. Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəaların məhdudlaşdırılması və həmin güzəştin müddətli şəkildə tətbiq olunması daha məqsədəmüvafiq hesab edilir. Gəlirlərin müddətsiz olaraq vergidən azad olunması şəraitində publik hüquqi şəxslər tərəfindən yalnız gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etmək olar ki, bu da maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcək", - deyə rəydə vurğulanıb.

Muhasib.az saytının qeydi

Publik hüquqi şəxs dövlət adından müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə adından isə müvafiq bələdiyyə orqanları tərəfindən yaradılır. Publik hüquqi şəxslər tərəfindən də nizamnaməsində nəzərdə tutulmuş halda publik hüquqi şəxslər yaradıla bilər. Publik hüquqi şəxsin yaradılması ilə bağlı digər məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Publik hüquqi şəxs nizamnaməsində nəzərdə tutulmuş halda təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər. Publik hüquqi şəxsin mənfəəti onun nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün yalnız təsisçinin qərarı ilə müvafiq olaraq dövlət büdcəsinə və yerli büdcəyə köçürülə bilər.

Publik hüquq – ümumdövlət və ya ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur.

Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

Publik hüquqi şəxslər haqqında AR Qanunu

Mənbə: https://report.az/maliyye/palata-publik-huquqi-sexslere-menfeet-vergisi-ile-bagli-guzest-muddetli-sekilde-tetbiq-olunmalidir/

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!