Hesablama Palatası: Yüksək rentabelli sahələrdə vergi azadolmaları tədricən aradan qaldırılmalıdır

2018-10-31 | Vergilər | 1888

Vergi azadolmalarının yüksək rentabelli sahələrdə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) tədricən aradan qaldırılması zərurəti yaranıb.

"Report" bu barədə Hesablama Palatasının gələn il dövlət büdcə layihəsinə rəyinə istinadən xəbər verir.

Rəydə qeyd edilib ki, qeyri-neft ÜDM-in strukturunda təxminən 6%-lik xüsusi çəkiyə malik kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların vergi güzəştlərinin 2019-cu il üzrə müəyyən edilmiş büdcə-vergi siyasəti çərçivəsində daha 5 il müddətinə uzadılması nəzərdə tutulub.

"Məlum olduğu kimi, qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsi vasitəsilə əvəzsiz dövlət dəstəyi iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət kənd təsərrüfatı məhsullarının istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasından ibarətdirsə, digər istiqamət həmin istehsalçıların kommersiya fəaliyyətinin subsidiyalaşdırılmasının nəzərdə tutulmasıdır. Artıq uzun müddətdir ki, hər-hansı məhdudiyyətlər tətbiq olunmadan eyni istehsalçı tərəfindən qeyd olunan hər iki subsidiya növündən istifadə etmə imkanları mövcuddur. Nəzərə alınmalıdır ki, ÜDM-in strukturunda kənd təsərrüfatı sahəsi üzrə istehsal edilmiş əlavə dəyərin həcmi 2017-ci ildə 3949,3 mln. manat təşkil etməklə, 2018-ci il üzrə gözlənilən, 2019-cu il üzrə isə təklif olunan göstəriciləri, müvafiq olaraq 4 246,1 mln. manata və 4 522,5 mln. manata bərabərdir. Eyni zamanda, müxtəlif istiqamətlər üzrə kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsindən ayrılan subsidiyaların məbləği 2017-ci ilin nəticələrinə görə 190,1 mln. manat təşkil edib, 2018-ci ilin sonuna 378,4 mln. manat olacağı gözlənilir, 2019-cu il üçün isə, əvvəlki illərlə müqayisədə, müvafiq olaraq 232,9 mln. manat və ya 2,2 dəfə və 50,6 mln. manat və ya 13,3% artırılaraq 431,6 mln. manat məbləğində təsdiq olunması nəzərdə tutulub. Göründüyü kimi, dövlət büdcəsindən ayrılan subsidiyaların kənd təsərrüfatı sahəsində istehsal edilən əlavə dəyərə nisbəti artır (2017-ci il üzrə 4,8%, 2018- ci il üzrə 8,9% və 2019-cu il üzrə 9,5%). Məhsulların istehsalçılar tərəfindən təqdim olunması əməliyyatlarının vergilərdən azad olunmasını da nəzərə alsaq, kənd təsərrüfatı sahəsinin ümumi subsidiyalaşdırılma həcminin kifayət qədər yüksək olduğunu təsəvvür etmək çətin deyil. Halbuki, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmlərinin uzun müddət ərzində tətbiq olunması şəraitində bu sahədə rentabelliyi dayanıqlı olan fəaliyyət növlərinin və iri təsərrüfat subyektlərinin (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) mövcudluğu artıq təmin edilib və sayları artır", - deyə rəydə vurğulanıb.

Palatada hesab edirlər ki, göstərilənlər kənd təsərrüfatı sahəsində risklərin sığortalanması mexanizmlərinin təkmilləşdirilməsini, kənd təsərrüfatı istehsalçıları üzrə subsidiya məbləğlərinin fəaliyyətin maliyyə nəticələrindən asılı olaraq müəyyənləşdirilməsini, kənd təsərrüfatı sahəsinin rentabelli seqmentləri üzrə dövlət büdcəsi hesabına həyata keçirilən subsidiyalaşdırma mexanizmlərinin yığcamlaşdırılmasını və vergi azadolmalarının yüksək rentabelli sahələrdə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) tədricən aradan qaldırılması zərurətinin yaranmasını deməyə əsas verir: "Bu baxımdan, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik təsərrüfatlar (ailə təsərrüfatları və s.) istisna olmaqla iri təsərrüfat subyektlərinə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) investisiyalarının faktiki həcmindən asılı olaraq iqtisadiyyatın digər sahələrindən fərqli daha aşağı vergi dərəcələrinin tətbiq olunmasına başlanılması məqsədəmüvafiq hesab edilir ki, inkişaf etmiş ölkələrin mütərəqqi təcrübələri də analoji yanaşmaların daha çox səmərə verdiyini göstərir".

Qeyd edək ki, Azərbaycan Hesablama Palatası tərəfindən vergi orqanlarında aparılan nəzarət tədbirlərinin nəticələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə hesabatlılığın (vergilərdən azad olunan gəlirlərinin bəyan olunmasının) təmin olunması üzərində inzibatçılığın zəif təşkil olunmasını göstərir: "Halbuki, kənd təsərrüfatı məhsullarının istehsalçılarının təqdimetmə prosesində vergi qanunvericiliyinin müvafiq müddəalarına əsasən vergilərdən azad olunması hesabatlılığın icbariliyini tənzimləyən digər müddəalarla müəyyən edilmiş vergi hesabatlarının işlənməməsinə heç bir halda əsas vermir. Göstərilən kənarlaşmaların geniş əhatə dairəsini və aradan qaldırılmasının zəruriliyini nəzərə alaraq vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin müvafiq faiz nisbətində vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi mexanizminin formalaşdırılması məqsədəuyğun hesab edilir. Eyni zamanda Rəydə artıq göstərildiyi kimi, 2019-cu il üzrə büdcə-vergi siyasətinin tərkib hissəsi olan vergi və gömrük güzəştlərinin dövlət büdcəsinə, sahibkarlıq fəaliyyətinə və əhalinin sosial müdafiəsinə təsiri baxımından səmərəliliyinin qiymətləndirilməsi mexanizminin hazırlanması çərçivəsində güzəşt və azadolmaların tədiyyə növləri səviyyəsində zəruri meyarlar üzrə "Büdcə zərfi"ndə də əks etdirilməsi məqsədəmüvafiq olardı".

Mənbə: https://report.az/maliyye/hesablama-palatasi-yuksek-rentabelli-sahelerde-vergi-azadolmalari-tedricen-aradan-qaldirilmalidir/

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!