Vergilər Nazirliyi: Nəzarət tədbirləri ilə bağlı şikayətlər daha çox daxil olur

2018-10-15 | Vergilər | 1875

Bu ilin yanvar-sentyabr aylarında təkcə səyyar vergi yoxlamalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 60% azalıb.

"Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamentinin (Katiblik) baş direktoru Nigar Alimova verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, operativ nəzarət tədbirləri də 28% azalıb.

"Vergilər Nazirliyinin Sənədlərlə iş və müraciətlərə baxılması departamenti bu ilin əvvəlində təsis olunub. Həmin dövrdən indiyədək həm daxil olan şikayətlərin sayında, həm də onların tərkibində ciddi dəyişikliklər olub. Bu, bizə bir çox mesajlar verir. Məsələyə daha geniş yanaşsaq, onu qeyd etmək istərdim ki, sözsüz ki, hər zaman diqqətçəkən məqam daxil olan şikayətlərin daha çox hansı sahələrlə bağlı olması və onların statistik göstəriciləri olub. Vergilər Nazirliyinin əsas funksiyalarından biri vergi nəzarəti tədbirlərini həyata keçirmək olduğu üçün, təbii ki, daxil olan şikayətlər də bu nəzarət tədbirləri ilə bağlı olur. Yəni müraciətlər, əsasən, kameral yoxlamalar, səyyar vergi yoxlamaları, operativ nəzarət tədbirləri, az sayda uçot-qeydiyyat məsələləri, hesabatların vaxtlı-vaxtında təqdim edilməməsi zamanı tətbiq olunmuş maliyyə sanksiyaları ilə bağlıdır. Burada xüsusi ilə onu qeyd etmək lazimdır ki, son dövrlərdə Vergilər Nazirliyi tərəfindən həyata keçirilən əsas siyasət nəzarət tədbirlərinin minimallaşdırılması və qanunsuz nəzarət tədbirlərinin həyata keçirilməsinin qarşısının alınmasıdır. Daxil olan şikayətləri təhlil edərkən gördük ki, bu siyasətin nəticəsində şikayətlərin dinamikasında həm tərkib, həm də say baxımından nəzərəçarpan azalmalar var. Onu da qeyd etmək yerinə düşərdi ki, təkcə səyyar vergi yoxlamalarının keçən ilin müvafiq dövrü ilə müqayisədə 60%, operativ nəzarət tədbirlərinin 28% azalması, eləcə də kameral yoxlamaların sayının əhəmiyyətli dərəcədə aşağı düşməsi həqiqətən böyük göstəricidir və sözsüz ki, daxil olan şikayətlərin tərkibində, məzmununda və sayında çox aydın şəkildə görünür", - deyə Nazirlik rəsmisi qeyd edib.

Xatırladaq ki, vergilər naziri Mikayıl Cabbarov bir qədər əvvəl bəyan edib ki, Azərbaycanda qeyri-rəsmi məşğulluq, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdləri hələ də var.

Mənbə: https://report.az/maliyye/kommersiya-huquqi-sexslerin-tesiscileri-nizamname-kapitalindaki-paylari-qaydasi-tesdiqlenib/

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!