Şuranın dəstəklədiyi layihə çərçivəsində müzakirələr keçirilir.

2018-10-13 | Mühasibat uçotu | 231

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi tərəfindən Bakı şəhərində "Qeyri-hökumət təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən mühasibat uçotunun aparılması Qaydaları" nın layihəsinin hazırlanması adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi qeyri-hökumət təşkilatları tərəfindən vahid qaydada mühasibat uçotunun aparılmasını təmin edən normativ hüquqi akt layihəsinin hazırlanmasıdır.

Layihə çərçivəsində ilkin olaraq Bakı şəhərində ekspertlərin və QHT nümayəndələrinin iştirakı ilə müzakirələrin keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, müzakirələr ilkin olaraq 2, 5, 8, 11 oktyabr 2018-ci il tarixlərində Bakı şəhərində keçirilmişdi. Görüşdə Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyinin icraçı direktoru Solmaz Əliyeva, QHT sədrləri, mühasibləri və nümayəndələri iştirak edirdilər. İlk öncə tədbiri giriş sözü ilə açan birliyin icraçı direktoru Solmaz Əliyeva iştirakçılara layihə haqqında ətraflı məlumat verdi. Daha sonra tədbir iştirakçıların müzakirələri ilə davam etdirildi və müxtəlif təkliflər səsləndirildi.

Qeyd edək ki, layihə çərçivəsində müzakirələr yekunlaşdıqdan sonra hazırlanmış "Qaydalar" ın yekun müzakirəsi üçün Bakı şəhərində dəyirmi masanın keçirilməsi nəzərdə tutulmuşdur.

Mənbə:

Mühasibat uçotu bölümünün son xəbərləri

2019-05-24 | Peşəkar mühasib sertifikatının verilməsi ilə bağlı qaydalar təsdiq edilib
2019-05-18 | Bakıda III Milli Mühasiblər Forumu keçiriləcəkdir
2019-05-07 | Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydaları təsdiq edildi
2019-05-04 | QHT-lər üçün yeni Mühasibat uçotu qaydalarına dair təlimlər davam edir.
2019-04-09 | Tələbə Gənclər arasında Mühasibat uçotu üzrə II Olimpiadanın final mərhələsi keçirilmişdir.
2019-04-09 | Mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına görə cərimələr sərtləşdirilir.
2019-04-05 | Millət vəkili: "Azərbaycanda mühasiblərin peşəkarlıq səviyyələri o qədər də yüksək deyil"
2019-04-03 | Baş mühasib vəzifəsinə tələblər dəyişdirilir
2019-03-29 | Maliyyə Nazirliyi QHT-lərə müraciət edib
2019-03-27 | "Peşəkar mühasib” hazırlıq kursuna qeydiyyat başladı

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!