Azərbaycanda vergi və mühasibat uçotu şəffaf olan sahibkarlar güzəştlər əldə edəcəklər

2018-10-03 | Vergilər | 2948

"Azərbaycanda vergi və mühasibat uçotunu vaxtında və şəffaf aparan vergi ödəyicilərinə münasibətdə bir sıra güzəştlər tətbiq ediləcək".

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən "Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: problemlər və perspektivlər" mövzusunda konfransda Vergilər Nazirliyinin nümayəndəsi Nicat İmanov bildirib.

Onun sözlərinə görə, bu məsələ vergi qanunvericiliyinə edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərdə nəzərdə tutulub.

N.İmanov həmçinin qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində, vergi və mühasibat uçotu üzrə pozuntulara yol verən vergi ödəciyilərinin cərimələnməsi nəzərdə tutulub.

"Uçotu şəffaf aparan vergi ödəyicisi ilə qeyri-şəffaf aparan vergi ödəyicisi arasında həmişə fərq qoyulacaq və bu, dövlət-vergi ödəyicisi münasibətlərinin şəffaflığını göstərəcək", - nazirlik rəsmisi qeyd edib.

Mənbə: https://report.az/maliyye/azerbaycanda-vergi-ve-muhasibat-ucotu-seffaf-olan-sahibkarlar-guzestler-elde-edecekler/

Vergilər bölümünün son xəbərləri

2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!