Azərbaycanda Beynəlxalq Mühasiblər Forumu Keçiriləcək

2018-10-01 | Mühasibat uçotu | 630

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) və Dünya Bankının Maliyyə Hesabatları üzrə İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə 2 Oktyabr 2018-ci ildə Bakı şəhərində yerləşən Hyatt Regency otelində forum keçiriləcək. Forumda Azərbaycanda yeni mühasibat uçotu standartlarının tətbiqi və mühasibat uçotu sahəsində aparılan islahatlarla bağlı müzakirələr aparılacaq.

Forumun keçirilməsində əsas məqsəd "Mühasibat Uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdən irəli gələn yeni standartlara keçid prosesinin asanlaşdırılmasına töhfə vermək, yeni dəyişikliklərlə bağlı üzləşilə biləcək problemlər və onların həlli yollarını araşdırmaq, mühasibat uçotu üzrə təhsil proqramının hazırlanmasında Azərbaycanın aparıcı ali təhsil müəssisələri və peşəkar mühasibat təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə nail olmaqdır.

Forumda mühasibat uçotu və maliyyə idarəetməsi sahəsində ixtisaslaşmış mütəxəssislərlə yanaşı, nüfuzlu yerli dövlət və özəl müəssisələrin rəhbər vəzifəli şəxslərinin və əcnəbi mütəxəssislərin məruzəçi qismində iştirakı planlaşdırılır. Forumun gələcəkdə müvafiq sahədə vahid platformanın formalaşdırmasına əsas olacağı güman olunur.

Mənbə: http://arpa.org.az/az/2018/09/27/az%C9%99rbaycanda-beyn%C9%99lxalq-muhasibl%C9%99r-forumu-keciril%C9%99c%C9%99k/

Mühasibat uçotu bölümünün son xəbərləri

2020-04-24 | Nağdsız hesablaşmalar haqqında qanunda dəyişikliklər nəzərdə tutulub.
2020-03-09 | Barter əməliyyatlarının rəsmiləşdirilməsi necə aparılır?
2020-09-03 | Nağdsız hesablaşmalar
2020-02-28 | Balansdan silinən əsas vəsaitlərə görə verginin hesablanması
2020-01-24 | Peşəkar mühasiblərin Beynəlxalq Etika Məcəlləsi mövzusunda ödənişsiz seminar
2020-01-24 | Mühasibin hüquqları, vəzifələri və məsuliyyəti
2019-12-21 | Kassa çeklərində məlumatların sayı arta bilər
2019-12-10 | Bakı Hesabat Mərkəzi bir yaşını qeyd edib
2019-11-30 | İlkin uçot sənədlərində əməliyyatların baş verməsi tarixinin müəyyən edilməsi
2019-11-19 | Əsas vəsaitlər

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!