Vergi Məcəlləsi yenidən hazırlana bilər - VİDEO

2018-09-26 | Vergilər | 2039

Azərbaycanda yeni və konseptual vergi məcəlləsinin yaradılması təklif olunur.

Fed.az xəbər verir ki, belə bir təklif Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səsləndirilib.

"Azərbaycanda vahid və ən azı 2 il ərzində əsaslı dəyişiklik edilməyəcək Vergi Məcəlləsi qəbul olunsun".

Belə bir təkliflə Millət vəkili, parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Əli Məsimli komitənin bu gün keçirilən iclasında çıxış edib. Onun sözlərinə görə, vergi məcəlləsində tez-tez dəyişiklik edilməsi xarici investorları ölkəmizə investisiya yatırmaqdan çəkindirə bilər.

İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə də bu təklifin əsaslı olduğunu deyib.

Ziyad Səmədzadə onu da bildirib ki, 2019-cu il üçün Azərbaycanın dövlət büdcə layihəsi hökumətə təqdim olunub.

Komitənin bu gün keçirilən iclasında ümumilikdə 18 məsələyə baxılıb.

Mənbə: http://www.fed.az/az/news/read/47727

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!