Vergilər Nazirliyi makro və mikro səviyyədə analitik baza formalaşdıracaq

2018-07-04 | Vergilər | 2679

Vergi sisteminin və vergi qanunvericiliyinin təkmilləşdirilməsinin dərin iqtisadi təhlillərlə və tədqiqatlarla əsaslandırılmasını təmin edən analitik potensialın inkişaf etdirilməsi Vergilər Nazirliyində aparılan struktur islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlili ilə məşğul olacaq yeni strukturlar yaradılıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, iqtisadiyyatda gedən proseslərin vergi sistemi ilə qarşılıqlı təsirləri tədqiq olunacaq.

Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin sözlərinə görə, ən vacib institusional yeniliklərdən biri makro və mikro səviyyədə təfərrüatlı və əhatəli analitik bazanın formalaşdırılmasıdır. X.Abdullayev bildirib ki, islahatlar çərçivəsində vergi ödəyicilərinin fəaliyyətinin makro və mikroiqtisadi təhlillərinin və araşdırmalarının aparılması sahəsində ixtisaslaşmış strukturların fəaliyyətinin qurulması nəzərdə tutulub.

Qeyd olunub ki, vergi siyasətinin strateji xətti hazırda iqtisadi artımın, kiçik və orta sahibkarlığın dəstəklənməsinə, iqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılmasına, bu əsasda vergitutma bazasının genişlənməsinə və vergi yığımının yaxşılaşdırılmasına, habelə vergi mədəniyyətinin gücləndirilməsinə yönəlib.

"Bu hədəflərin həyata keçirilməsi bütövlükdə, dövlət büdcəsinə əlavə daxilolmaların təmin olunmasına və onun maliyyə dayanıqlığının daha da artırılmasına, iqtisadiyyatın şaxələndirilməsi məqsədilə özəl sektorda investisiyaların mənbələrinin genişlənməsinə, iqtisadiyyatın şəffaflaşması vasitəsilə iqtisadi subyektlərin bank-maliyyə resurslarına və xidmətlərinə çıxış imkanlarının genişlənməsinə imkan verməlidir. Bu hədəflərin hər birinin effektiv şəkildə reallaşmasına xidmət edən və iqtisadi inkişaf sahəsindəki strateji çağırşlara uyğun olan əsaslandırılmış vergi siyasəti istiqamətlərinin və qərarlarının formalaşması üçün vergi sistemi üzrə dərin iqtisadi tədqiqatlar və təhlillər aparılmalıdır. Vergi siyasətində hər hansı qərarı qəbul edərkən bilməliyik ki, onun maliyyə tutumu nədir, məşğulluğa, iqtisadi artıma, vergitutma bazasının genişləndirilməsinə cari və perspektiv təsirləri təsiri necə ola bilər, və yaxud makroiqtisadi proqnozlar çərçivəsində vergitutma bazasının düzgün qiymətləndirilməsi əsasında vergi növlərinin optimal proqnozlaşdırılması da vergi orqanlarının fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Tədiyyə növlərində və vergilərin sahəvi daxilolmalarındakı trendlərin vergi növlərinin iqtisadi bazasında və Ümumi Daxili Məhsulun sahələrində gedən proseslər ilə əlaqələndirilmiş şəkildə təhlil olunması, iqtisadi fəaliyyət sahələrində vergi yükünün və vergi yığımı potensialının dövrü diaqnostikası, vergi siyasətinin iqtisadi artıma dəstəkləyici tədbirlərinin effektivliyinin ölçülməsi vergi siyasətinin təkmilləşdirilməsində olduqca vacib amillərdir. Təbii ki, bütün bu yüksək intellektual tutumlu işlərin görülməsi üçün müasir analitik yanaşmaların, metodikaların və modellərin tətbiqinə zərurət yaranıb", - deyə X. Abdullayev vurğulayıb.

Vergilər Nazirliyinin rəsmisi əlavə edib ki, bu sahədə kompleks işlərin aparılması nəzərdə tutulur.

Mənbə: http://apa.az/maliyye_xeberleri/vergiler-nazirliyi-makro-ve-mikro-seviyyede-teferruatli-analitik-baza-formalasdiracaq-4642.html

Vergilər bölümünün son xəbərləri

2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!