Kiçik və orta biznes vergidən azad ediləcək

2018-06-27 | Vergilər | 2265

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər görüləcək.

"Marja" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin" fəaliyyətinin təmin edilməsi haqqında Fərmanda bildirilir.

İqtisadiyyat Nazirliyinə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə sahibkarlara, onların klaster şirkətlərinə, klaster iştirakçılarına vergi güzəştləri və onların vergidən azad edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Fərmana əsasən KOB evləri, kiçik və orta biznesin inkişafı mərkəzlərinin, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondları yaradılacaqdır.

Dövlət qurumları tərəfindən sahibkarlara xidmətlər kiçik və orta biznes evlərində (KOB evləri) göstəriləcəkdir. Həmçinin elektron formada vahid platforma -"e-KOB evi" yaradılacaqdır.

Vergilər Nazirliyi beynəlxalq təcrübəyə əsaslanmaqla, qanunvericilikdə nəzərdə tutulmuş təşkilati-hüquqi formaya uyğun olaraq “KOB klaster şirkəti”nin meyarlarını müəyyən etməli, kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmış “KOB klaster şirkəti” reyestrinin yaradılmasını təmin etməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını iki ay müddətində təmin etməlidir.

Klasterlər - eyni və ya bənzər sektorda fəaliyyət göstərən, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı ticarət əlaqələrinin qurulması, kommunikasiya və qarşılıqlı dialoq imkanlarına malik olan sahibkarlıq subyektlərindən ibarət sistemlərdir.

​Eyni zamanda, klasterlərdə kiçik və orta sahibkarlıq subyektləri arasında həm rəqabət, həm də əməkdaşlığın eyni anda təmin edilməsi nəzərdə tutulur. Klaster daxilində bənzər sahədə fəaliyyət göstərən sahibkarlar həm rəqabət edir, həm də eyni klasterdə birlikdə hərəkət edirlər. Burada sahibkarlıq subyektləri və digər iştirakçılar rəqabət üstünlüyü əldə edilməsi üçün müştərək hərəkət edirlər. Belə bir sistem çərçivəsində fəaliyyət göstərmələri kiçik və orta sahibkarlara rəqabət üstünlüyü qazandırır. Nəticə olaraq bu sistemin tətbiqi ilə sahibkarlıq subyektlərinin xərcləri aşağı düşür, marketinq imkanları genişlənir, məhsuldarlıq göstəriciləri yüksəlir, ixracları artır, araşdırma və inkişaf etdirmə qabiliyyətləri güclənir. Bu isə yeni məhsulların bazara çıxarılmasına, yeni şirkətlərin qurulmasına, məşğulluğun yüksəlməsinə, regionların inkişafına və infrastruktur xidmətlərinin təkmilləşməsinə səbəb olur.

Daha ətraflı: https://www.muhasib.az/Xeber/xeber.php?id=579

Mənbə: http://marja.az/news/26714

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!