Peşəkarlığı müəyyənləşdirən meyarlar hazırlanır

2018-06-14 | Mühasibat uçotu | 2324

Azərbaycanda 18 iri dövlət müəssisəsi Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinə keçib

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova "Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi" mövzusunda keçirilən konfransda bildirib ki, müəssisələrin korporativ idarəçilik standartlarına uyğunluğuna nəzarət artırılmalı, dövlət müəssisələrinin kredit borcu məsələləri həll edilməlidir. Dövlət başçısının imzaladığı sərəncama əsasən, mühasibatın təkmilləşdirilməsini nəzərdə tutan komissiya yaradılıb. Komissiyanın tərkibinə Maliyyə, İqtisadiyyat və Vergilər nazirliklərinin nümayəndələri daxildir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib ki, korporativ idarəetmə standartlarının effektiv şəkildə tətbiq edilməsi istiqamətində dövlətin üzərinə bir sıra vacib vəzifələr düşür. Bunlara dövlət müəssisələrində icra göstəricilərinin mütəmadi olaraq monitorinqinin aparılması, onların korporativ idarəçilik standartlarına uyğunluğuna nəzarət etmək imkanı verən hesabatvermə sistemlərinin yaradılması, o cümlədən ixtisaslı peşəkarların cəlb edilməsi, həvəsləndirilməsi və s. aiddir. Korporativ standartların tətbiqinin genişləndirilməsi isə rəqabət mühitinin daha da yaxşılaşdırılması, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, sərmayə cəlbi və dövlət aktivlərinin səmərəli istifadəsi ilə nəticələnəcək.

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi bildirib ki, Azərbaycan hökuməti bu yaxınlarda dövlət müəssisələrinin idarə edilməsi sahəsində iddialı islahat prosesinə başlayıb. Dünya Bankı isə prosesə korporativ idarəçilik sisteminin təhlili, risklərin və fəaliyyət göstəricilərinin qiymətləndirilməsinin təkmilləşdirilməsi sahəsində məsləhətlər vasitəsilə dəstək verib. Bank ümid edir ki, bu cür dəstək mexanizmləri Azərbaycan hökumətinə dövlət müəssisələrinə nəzarət funksiyasının gücləndirilməsi və effektiv idarə edilməsinə öz müsbət təsirini göstərəcək.

Dövlət orqanlarında və biznes qurumlarında şəffaflığın təmin edilməsi məqsədilə "Mühasibat uçotu haqqında" Qanuna dəyişikliklər nəzərdə tutulur. Qanun layihəsinə əsasən, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılmasını və peşəkar mühasib təşkilatının akkreditasiya olunmasını təmin etməlidir.

Qanun layihəsi ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

Mənbə: http://vergiler.az/art-view/7211/

Mühasibat uçotu bölümünün son xəbərləri

2024-01-23 | Bakıda II Vergi və Mühasibatlıq Zirvəsi keçiriləcək
2024-01-23 | Azərbaycanda orta sahibkarlar bu ildən elektron mühasibat uçotuna keçməli olacaq
2024-01-23 | Azərbaycanda “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlar dəyişib
2022-12-09 | Müəssisələr vergi hesabatları ilə yanaşı, mühasibat uçotunun da hesabatlarını təqdim etməlidirlər
2021-02-04 | Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları təsdiqlənib
2021-02-03 | Peşəkar Mühasib Sertifikasiyası imtahanı ilə bağlı sual-cavab MÖVZUSUNDA VEBİNAR
2021-01-29 | Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır
2021-01-08 | Mühasibat uçotu haqqında qanunda dəyişiklik edildi
2020-07-07 | TTA STANDARTI: VERGİ MƏCƏLLƏSİ İLƏ IFRS-İN QARŞILAŞDIRILMASI MÖVZUSUNDA VEBİNAR
2020-06-23 | Malın və ya xidmətin (işin) adı nəzarət-kassa aparatının çekində qeyd edilməlidir

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!