Əmək haqqından ödənilən vergilərin azaldılması ilə bağlı vergi eksperti Emin Səttarovun şərhi.

2018-06-02 | Vergilər | 3350

Bu günlərdə sahibkarlarla keçirilən növbəti görüşdə vergilər naziri Mikayıl Cabbarov əmək haqqından vahid vergilərin tətbiq edilməsi ilə bağlı bir açıqlama verdi. ƏLBƏTDƏ nazir tərəfindən verilən bu açıqlama sahibkarlıq mühütü üçün gözlənilməz lakin, cox sevindirici hal kimi qəbul etmək olar. Mövcud vəziyyətdə işçilərin əmək haqqından 14 faiz dərəcə ilə vergilər və 3,5 faiz dərəcə ilə sosial sığorta ayırmasının tutulması ilə yanaşı işəgöturən tərəfindən də əlavə olaraq 22+0,5 faiz dərəcə ilə sosial sığorta ayırması hesablanır və işəgötürənin vəsaiti hesabına maliyyələşir. Bu isə müəssisələrə böyük vergi yükü yaradırdı. Əlbətdə belə şəraitdə müəssisələrin əmək haqları şəffaf şəkildə bəyan etməsi az gəlirli sahibkarlar üçün cəlbedici görunə bilməzdi.

Beynəlxalq təcrübədə əmək haqqından vahid verginin tətbiq edilməsi təcrübəsi var və bu məbləğ sosial sığorta və vergi məbləğini əvəz edir. Məsələn Rusiya və Gürcüstanda belə təcrübə mövcuddur. Adətən vahid vergi dərəcəsi 20 faiz həddində olur. Yəni əmək haqqından 20 faiz SOSİLA VERGİ hesablanıb büdcəyə ödənilir və sahibkar əlavə olaraq sosial sığorta ödəməsi etmir. Buna SOSİAL VERGİ də deyilir. Məhz bu səbəblər nəzərə alınmaqla hesab edirəm ki vergi orqanı belə bir yola getməklə əmək haqqı sahəsində leqal məbləğlərin bərpa edilməsi üçün sahibkara maliyyə yükü az yaradan addımı atmalıdır. Səsləndirilən təkliflər qanunvericilikdə təsbit olunacağı halda sahibkarların vergi yükü xeyli yüngülləşməsi ilə nəticələnəcəkdir.

Bundan əlavə olaraq qeyd etmək istərdim ki, əhalinin bir qismi sahibkarın vergi yükünün azalaçağını və onun əksi olaraq isə işçilərin vergi yükünün artaçağını düşünürlər. Amma nazirin çıxışına diqqətlə qulaq asdıqda müəyyən etmək olur ki, hələki fazi dərəcəsi və faiz dərəcəsinin şəxslər arasında bölüşdürülməsi bəlli olmasada işçilərin vergi yükü 14% dərəcədən artıq olmayacaq. Yəni şəxslər arasında sosial vergi bölüşdürülərkən işçi umumilikdə vergi yükü 14% və ya 14% dən aşağı olacaqdır.

Emin Səttarov

Vergi eksperti, peşakar təlimçi.

SM MMC - Tax and Accounting training

Mənbə:

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!