Vergilər Nazirliyi: Kriptovalyuta əməliyyatları qeyri-sahibkarlıq fəaliyyətinə aid edilməlidir

2018-05-17 | Vergilər | 2831

Azərbaycanda kriptovalyuta əməliyyatları ilə bağlı mənfəət vergiyə cəlb olunmalıdır.

Report-un məlumatına görə, bunu Bakıda "Maliyyə texnologiyalarında yeni trendlər: blokçeyn, kriptovalyuta və təhlükəsizlik" konfransı zamanı Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

Onun sözlərinə görə, kriprtovalyuta əməliyyatları əsasən fiziki şəxslər arasında həyata keçirilir, ona görə də qeyri-sahibkarlıq fəaliyyətinə aid edilir.

O deyib: "Vergilər Nazirliyi hesab edir ki, kriptovalyutalarla məşğul olan şəxslər mütləq şəkildə vergi orqanlarında qeydiyyata durmalı, müvafiq bəyannamələr təqdim etməli və dövlət büdcəsinə vergilər ödəməlidir".

Ş.Ərəbov vurğulayıb ki, bu gün kriptovalyuta əməliyyatlarının vergiyə cəlb olunması məsələsi bütün dünyada geniş müzakirə olunur.

Mənbə: https://report.az/maliyye/vergiler-nazirliyi-kriptovalyuta-emeliyyatlari-qeyri-sahibkarliq-fealiyyetine-aid-edilmelidir/

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!