Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçiriləcək müsabiqədə yeniliklər olacaq

2018-05-15 | Vergilər | 2987

Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar keçiriləcək müsabiqənin şərtlərində bəzi yeniliklər nəzərdə tutulub.

AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, bu barədə Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru səlahiyyətlərini icra edən Elməddin Süleymanov məlumat verib.

Müsabiqədə bir sıra yeniliklərin olacağını söyləyən E.Süleymanov bildirib ki, test proqramı və test tapşırıqlarının tərtibində istifadə edilmiş ədəbiyyat siyahısı yenilənib, yığcamlaşdırılıb. Vətəndaşlar yenilənmiş ədəbiyyat siyahısını nazirliyin rəsmi internet saytından əldə edə bilərlər. "İnformatika və məntiq test bloklarının namizədlərin bilik və bacarıqlarının yoxlanılmasında rolunun gözlənilən səviyyədə olmadığını nəzərə alınaraq, həmin bloklar test imtahanından çıxarılıb. Bunların əvəzinə isə test imtahanında namizədlərə Vergi Məcəlləsinin xüsusi hissəsindən və digər aidiyyəti qanunvericilik aktlarından daha çox sualların təqdim edilməsi, həmçinin namizədlərin biliklərinin, tətbiqi bacarıqlarının və analitik təhlil qabiliyyətlərinin yoxlanılması məqsədilə məsələ tipli test tapşırıqlarının sayının artırılması nəzərdə tutulub. Sənəd qəbulunda tətbiq edilən yeniliklərdən biri də tələb olunan ali təhsil ixtisaslarının cari vakant vəzifələrin təyinatı ilə uyğunlaşdırılaraq dəqiqləşdirilməsidir."

E.Süleymanov onu da əlavə edib ki, gənclərin potensialından və yeniliklərə daha meyilli olmalarından faydalanmaq nəzərdə tutulur. Belə ki, gənc və potensiallı kadrların xidmətə cəlb edilməsi məqsədilə nazirlikdə gənclərlə müvafiq iş aparılır. Bu il aprelin 3-də "Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Əməkdaşlıq Memorandumu" imzalanıb. Memorandumun əsas müddəalarını vergilər və vergitutma sahələri üzrə təhsil alanların bilik və bacarıqlarının artırılması, təlim-tədris və peşə (kadr) hazırlığı sahələri üzrə qarşılıqlı əməkdaşlıq təşkil edir.

Həmçinin Vergilər Nazirliyinin əməkdaşları SABAH qrupunun bu il məzun olacaq tələbələri ilə görüş keçiriblər. Bundan başqa, nazirliyin nümayəndələri il ərzində ölkədə keçirilən müxtəlif əmək yarmarkalarında və sərgilərdə iştirak edirlər. Həmin tədbirlərdə dövlət vergi orqanlarına işə qəbul qaydaları və prosesi barədə iştirakçılara ətraflı məlumat verilir.

Mənbə: https://azertag.az/xeber/Dovlet_vergi_orqanlarina_ise_qebulla_elaqedar_kechirilecek_musabiqede_yenilikler_olacaq-1161775

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!