Yüksək texnologiyalar məhsullarının təsnifatı hazırlanıb

2018-04-25 | Vergilər | 4722

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Dövlət Statistika Komitəsinin mütəxəssisləri tərəfindən "Yüksək texnologiyalar məhsullarının təsnifatı" işlənib hazırlanıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, təsnifat fevralın 24-dən qüvvəyə minib.

"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramının" 5.2.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə hazırlanmış AZT 051-2018 "Yüksək texnologiyalar məhsullarının təsnifatı" Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının 12 fevral 2018-ci il tarixli 180108500003 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 23 fevral 2018-ci il tarixində Hüquqi Aktların Dövlət Reyestrinə (http://www.huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=40528 ) daxil edilib.

Elmtutumlu və yüksək texnoloji məhsullarla bağlı təsnifatlara dair beynəlxalq təcrübələrin araşdırılması nəticəsində sözügedən təsnifat Beynəlxalq Standart Ticarət Təsnifatının ("Standard International Trade Classification" - SITC Rev.4) əsasında hazırlanıb.

Avropa İttifaqının Statistika Bürosunun CPA2008 ("Statistical classification of products by activity") təsnifatı və 01 sentyabr 2009-cu il tarixdən ölkəmizdə tətbiq edilən Məhsul Növləri Təsnifatının (MNT) III versiyası ilə uzlaşdırılıb.

Bu təsnifat yüksək texnologiyalar məhsullarını təsvir etmək üçün nəzərdə tutulub.

Muhasib.az-ın şərhi

Bu təsnifat mühasiblər üçün amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarının müəyyən edilməsi zamanı lazım ola bilər. Belə ki, AR Vergi Məcəlləsinin 114.3.2-1. maddəsinə əsasən:

- yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə - 25 faizədək amortizasiya norması müəyyən edilibdir.

Yüksək texnologiyalar məhsullarının təsnifatını artıq bu sənəddən gətürmək olar.

AR DÖVLƏT STANDARTI - YÜKSƏK TEXNOLOGİYALAR MƏHSULLARININ TƏSNİFATI - AZT 051-2018

Bu yaxınlarda AR Vergilər Nazirliyinin saytına belə bir sual daxil olmuşdur:

Tural Mustafayev Mahir, tural.mustafaev@gmail.com, Şəki (04.04.2018, ID: 16878)

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 114-cü maddəsi ilə amortizasiya ayırmaları və gəlirdən amortizasiya olunan aktivlər üzrə çıxılan məbləğlər müəyyən edilmişdir. Sualım aşağıdakı kimidir:

- Maddə 114.3.2-1-də nəzərdə tutulan yüksək texnologiyalar məhsulu olan hesablama texnikası dedikdə nə nəzərdə tutulur və hansı normativ akta əsasən həmin anlayışın şərhi verilir?

Cavab

Bildiririk ki, yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üzrə illik amortizasiya ayırmalarının norması 25 faizədək təşkil edir.

Yüksək texnologiya məhsulu olan hesablama texnikası və yüksək texnologiya məhsulu olan avadanlıqların siyahısı barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 114.3.2-1-ci maddəsi.

Mənbə: https://apa.az/iqtisadiyyat-xeberleri/infrastruktur/yuksek-texnologiyalar-mehsullarinin-tesnifati-hazirlanib-2507.html

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!