Vergi cərimələri xəbərdarlıqla əvəz ediləcək

2018-03-07 | Vergilər | 2837

Azəbaycanda vergi pozuntularına görə sahibkarlara tətbiq edilən bir sıra cərimələrin, xəbərdarlıqla əvəz edilməsi nəzərdə tutulur.

Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda təşkil edilən "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" tədbirində bildirib.

Onun sözlərinə görə, hazırda Konfederasiya ilə Vergilər Nazirliyi arasında bununla bağlı müzakirələr aparılır:

"Biz Vergilər Nazirliyi ilə danışıqlar aparırıq, eləcə də vergi sahəsində təkliflər toplusu hazırlayırıq. Bu təkliflər arasında cərimələrin xəbərdarlıqla əvəz edilməsi də nəzərdə tutulur".

Məmməd Musayev bildirib ki, ümumiyyətlə, Azərbaycanda təkcə vergi sahəsində deyil, digər sahələrdə də tətbiq edilən cərimələr bəzən yol verilən pozuntulara uyğun gəlmir: "Fikrimcə bu cərimələrin və ümumiyətlə cəza tədbirlərinin pozuntulara uyğunluğu məsələsi müzakirə olunmalıdır".

Mənbə: marja.az/news/21642

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!