Rusiya baş nazirinin müavini vergi və gömrük xidmətlərinin birləşdirilməsini təklif edib

2017-11-22 | Vergilər | 2796

Rusiyanın baş nazirinin birinci müavini İqor Şuvalov 2018-ci ildə vergi və gömrük xidmətlərinin birləşdirilməsini təklif edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə İ.Şuvalov Federal Vergi Xidmətinin kollegiya iclasında çıxışında bildirib.

"Bəzi ölkələrdə vahid fiskal orqan fəaliyyət göstərir. Yeni siyasi mərhələyə qədəm qoyduğumuz dövrdə vergi və gömrük işçilərini bu struktura dəvət edirəm. Əlbəttə ki, birləşmə qərarı alınmadan əvvəl onun müsbət və mənfi tərəfləri müzakirə olunacaq. Əgər bu yaxşı və hökumət üçün daha aydın yol olsa, hökumət sabit gəlir təmin etsə, vətəndaşlar və hüquqi şəxslər üçün əlverişli olsa, o zaman bu qərarı 2018-ci ilin may ayında qəbul etmək məqsədəuyğun olar",- deyə Şuvalov sözlərinə əlavə edib.

Mənbə: https://report.az/maliyye/rusiya-bas-nazirinin-muavini-vergi-ve-gomruk-xidmetlerinin-birlesdirilmesini-teklif-edib/

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!