Vergi güzəştlərinin tətbiqi ilə bağlı mexanizmlər hazırlanıb

2017-11-16 | Vergilər | 2255

Vergilər Nazirliyində "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"nin Tədbirlər Planında nəzərdə tutulmuş səmərəli vergi sisteminin təşviqi edilməsi tədbiri ilə bağlı 2017-ci il ərzində görülmüş işlər müzakirə edilib.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva vergilər nazirinin müvafiq əmri ilə yaradılmış işçi qrupun fəaliyyəti barədə görüş iştirakçılarına məlumat verib. Bildirilib ki, strateji yol xəritələrində müəyyən edilmiş tədbirlərin icrası məqsədilə kiçik və orta sahibkarlıq subyektlərinin üzləşdiyi problemlərlə yaxından tanış olmaq, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində sahibkarların rəy və təkliflərini müzakirə etmək üçün sahibkarlıq subyektləri ilə silsilə görüşlər keçirilib.

Qeyd olunub ki, "Səfirlik və digər əhəmiyyətli dövlət və qeyri-dövlət saytlarında yerləşdiriləcək nümunəvi məlumat forması"nın hazırlanması üçün işlər görülüb, Vergilər Nazirliyinin və ölkəmizin xarici ölkələrdəki səfirlik, daimi nümayəndəlik və konsulluqlarının rəsmi internet səhifələrində Azərbaycan və ingilis dillərində "Azərbaycan Respublikasında xarici investisiyalar üçün əlverişli vergi mühiti" başlığı altında materiallar yerləşdirilib.

Eyni zamanda, ötən dövr ərzində pərakəndə ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi üzrə nağdsız əməliyyatlara vergi güzəştlərinin tətbiqi və vergi ödəyicilərində keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində onlara hesablanmış vergi və maliyyə sanksiyalarının ödəmə müddətindən tez ödənilməsinə görə maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiqi mexanizmləri işlənib hazırlanıb.

Bununla yanaşı, istehsal sahəsi, daşınmaz əmlak və işçi qüvvəsi ilə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara, eləcə də müəyyən edilmiş şərtlər daxilində özəlləşdirilən dövlət müəssisələrinin əmlak vergisi üzrə növbəti üç il üçün vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər də hazırlanıb.

S.Musayeva bildirib ki, işçi qrup tərəfindən ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, onların səmərəliliyinin müəyyən edilməsi, eləcə də vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə hazırlanıb. Bu sənədlərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi, məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub.

Mənbə: https://apa.az/iqtisadiyyat-xeberleri/sahibkarliq-fealiyyeti/nazirlik-vergi-guzestlerinin-tetbiqi-ile-bagli-mexanizmler-hazirlanib

Vergilər bölümünün son xəbərləri

2024-03-19 | Daxildə yükdaşıma fəaliyyəti göstərən vergi ödəyiciləri ilə bağlı dəyişikliklər
2024-01-25 | Torpaq vergisi bəyannaməsi ilə bağlı yenilik
2023-12-30 | Vergi Məcəlləsində edilən dəyişiklik - TƏSDİQLƏNDİ
2023-12-28 | Regionlardakı hotel və sanatoriyalar üçün vergi azaldılır
2023-12-28 | Dividendlər üzrə vergi dərəcəsi 5 faizə endirilib
2023-11-03 | ƏDV cash-back gəlir vergisindən azad ediləcək
2023-11-01 | Sahibkarların vergi yükü optimallaşdırılacaq
2023-05-23 | Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə tətbiq olunan vergi güzəştləri
2023-04-01 | Azərbaycanda media 3 il müddətinə - VERGİDƏN AZAD EDİLDİ – FƏRMAN
2022-12-19 | Nağdsız alınmış daşınmaz əmlaka görə ƏDV qaytarılması ilə bağlı DVX-nın saytında bölmə yaradılıb

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2024.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!