Vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanıb

2017-10-25 | Vergilər | 558

Vergilər Nazirliyi tərəfindən yeni qeydiyyatdan keçən vergiödəyiciləri ilə iş üzrə metodiki vəsait hazırlanaraq, nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, vəsaitin hazırlanmasında məqsəd yeni qeydiyyatdan keçən vergiödəyicilərinin sahibkarlıq fəaliyyətinə dövlət dəstəyi, onların vergi məsələləri ilə əlaqədar zəruri informasiya ilə təmin edilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsində metodiki kömək göstərilməsində dövlət vergi orqanlarının fəaliyyətini tənzimləməkdir.

Vəsait Vergi Məcəlləsinin, "Vətəndaşların müraciətləri haqqında" Qanunun, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin, "Vergilər Nazirliyi haqqında Əsasnamə"nin və digər aidiyyəti hüquqi aktların və normativ sənədlərin tələblərinə uyğun hazırlanıb.

Məlumata əsasən, qeydiyyatdan keçmək istəyən vergiödəyicisi xidmət mərkəzinə təmsilçi tərəfindən qəbul edildikdən sonra onun hansı fəaliyyət növü ilə məşğul olmaq istəyi müəyyənləşdirilir.

Müraciət etmiş şəxsin seçdiyi fəaliyyət növü onun hüquqi statusuna uyğun olmadıqda, bu barədə ona izahat verilir və istəyinə uyğun fəaliyyət növü seçməkdə kömək göstərilir. Fəaliyyət növü müəyyənləşdirildikdən sonra həmin şəxsə seçdiyi fəaliyyət növünə uyğun seçə biləcəyi vergitutma sistemləri haqqında məlumat verilir. Müraciət etmiş şəxsin vergitutma sistemini könüllü seçmək hüququ olduğu hallarda, vergitutma sistemləri barədə məlumat müqayisəli şəkildə çatdırılır.

Məlumatlar, həmçinin fəaliyyət növünə uyğun olaraq təsərrüfat subyektinin (obyektinin) Nəzarət Kassa Aparatının qeydiyyatını, ciddi hesabat blanklarınınPOS-terminalların tətbiqini, bank hesabının açılmasını da əhatə edir.

Vəsaitə buradan baxa bilərsiniz - Yeni qeydiyyatdan keçən (vergi uçotuna alınan) vergi ödəyiciləri ilə iş üzrə Metodiki Vəsait

Mənbə: https://azertag.az/xeber/Vergiodeyicileri_ile_is_uzre_metodiki_vesait_hazirlanib-1103936

Vergilər bölümünün son xəbərləri

0202-02-22 | Riskli vergi ödəyicisi siyahısına düşməmək üçün öhdəliklər vaxtında və düzgün yerinə yetirilməlidir
2020-02-19 | Malların alış aktının təqdim edilməsi
2020-02-19 | Vergi borclarının ödənilməsi prinsipləri
2020-02-19 | Vergi ödəyicisi VÖEN-i bağlamaq üçün nə etməlidir?
2020-02-15 | Verginin hesablanması prinsipləri
2020-02-15 | Malların alış aktı elektronlaşdırılacaq
2020-02-15 | Vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə...
2020-02-10 | Komissiya münasibətləri zamanı vergitutma prosedurları
2020-02-10 | Verginin tutulması prinsipləri
2020-02-07 | Tikintisi bərpa edilən binaya görə verginin hesablanması

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!