"Uber"in vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib

2017-10-18 | Vergilər | 3085

Azərbaycan Banklar Assosiasiyasında (ABA) "Uber" taksi xidmətinin vergiyə cəlb edilməsi ilə əlaqədar iclas keçirilib.

Assosiasiyadan "APA-Economics"ə verilən məlumata görə, iclasda ABA-nın "Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə" ekspert qrupunun sədri Məhəmməd Məmmədov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş sistemlərinə nəzarət sektorunun rəhbəri Tamerlan Rüstəmov, Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin şöbə müdiri Fuad Səbziyev və ekspert qrupunun üzvləri iştirak ediblər.

İclas zamanı "Uber" ilə bağlı qeyri-rezidentə elektron qaydada aparılan ödənişlər, digər taksi sistemlərinə elektron ödənişlərin tətbiqi, eləcə də "Uber" taksi xidmətinin vergiyə cəlb edilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın yaradılmasında əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarət olub. Hazırda 30 bank və 2 bank olmayan kredit təşkilatı, eyni zamanda "Azericard" MMC ABA-nın üzvüdür.

Mənbə: https://apa.az/maliyye_xeberleri/uber-in-vergiye-celb-edilmesi-ile-elaqedar-iclas-kecirilib-1007.html

Vergilər bölümünün son xəbərləri

2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib
2025-09-29 | Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir
2024-12-16 | Azərbaycanda gələn il mədəniyyət sahəsi üçün vergi güzəştləri genişləndiriləcək
2024-12-11 | Azərbaycanda şirkətlərin qeydiyyat məlumatlarında dəyişikliklər elektron qaydada həyata keçiriləcək
2024-11-26 | Bir sıra mikro sahibkarların gəlirlərinin 75%-i 3 işçi tələbi olmadan vergidən azad edilir
2024-11-24 | Riskli vergi ödəyicisi siyahısına daxil edilmə və həmin siyahıdan çıxarılma qaydası müəyyənləşib
2024-11-19 | Apple Distribution International Limited-ə ödəniş zamanı vətəndaşların vəsaiti hesabına ƏDV hesablanmayacaq

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!