Vergidən yayınma hallarının qarşısının alınması məqsədilə əlavə tədbirlər görüləcək

2017-09-26 | Vergilər | 865

Vergilər Nazirliyində büdcə gəlirlərinin və mövcud vergi potensialının artırılmasının təmin olunmasına həsr olunmuş toplantı keçirilib

Tədbirdə çıxış edən vergilər nazirinin müşaviri, nazirliyin Əlaqələndirmə və idarəetmə departamentinin baş direktoru İlqar Əhmədov bildirib ki, nazirliyin son kollegiya iclasının qərarının icrasını təmin etmək məqsədilə keçirilən kollegiyanın həmin qərarı ilə təsdiq olunmuş müxtəlif istiqamətlər üzrə işçi qrup­ların üzvləri, eləcə də nazirliyin aidiyyəti qurumlarının əməkdaşlarının iştirak etdiyi toplantının məqsədi kollegiyanın qərarının, kollegiya iclasında vergilər naziri Fazil Məmmədovun verdiyi konkret tapşırıqların mahiyyətinin tədbir iştrakçılarına çatdırılması, sentyabr ayı və növbəti 3 ay ərzində dövlət büdcəsinə vergi proqnozlarının icrasının təmin edilməsi yollarının müzakirəsidir. Bu məqsədlə Tədbirlər Planı hazırlanıb və vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə təsdiq olunub. Sənədin əsas hədəfi müxtəlif vergitutma sahələrində müəyyən edilmiş vergilərin vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə tam həcmdə və vaxtında ödənilməsini təmin etməkdir.

Vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini icra edən Habil Məmmədov vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanmış Tədbirlər Planının əsas müddəaları barədə ətraflı məlumat verib. Bildirilib ki, Tədbirlər Planında 21 istiqamət üzrə görüləcək işlərin mexanizmləri müəyyənləşdirilib və bu sənədi ümumilikdə vergi siyasətinin tənzimlənməsi baxımından 2 hissə üzrə təsnif etmək olar. Birinci prioritet vergi inzibatçılığının artırılması ilə bağlı işlərin görülməsidir. Burada müxtəlif fəaliyyət sahələri və növləri üzrə vergidən yayınma hallarına dair mexanizmlərin və meyarların hazırlanıb həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə nazirliyin bütün strukturlarının əlaqələndirilmiş fəaliyyəti əsas prinsip kimi müəyyən edilib. İkinci prioritet isə büdcə proqnozlarının icrasına bilavasitə təsir edən amillər üzrə mövcud vəziyyətin dərindən təhlili və daxilolmaların təmin edilməsində müvafiq strukturların fəaliyyətində əlaqələndirmənin gücləndirilməsidir. Ümumilikdə isə hər iki hissə icmal baxımından bir hədəfə yönəlib: bu, vergi ödəyiciləri tərəfindən vergi qanunvericiliyinin tələblərinə riayət olunması, vergidən yayınma hallarının aradan qaldırılması, zəruri texniki işlərin görülməsi və mövcud vergi potensialı üzrə proqnoz tapşırıqlarının icrasının sürətləndirilməsidir.

Məruzəçi qeyd edib ki, ciddi vergi pozuntularının rast gəlindiyi sahələrdən olan səhiyyə sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin vergidən yayınma hallarının aradan qaldırılması üçün nəzarət sxemləri hazırlanacaq. Kommersiya təşkilatlarının kassa əməliyyatlarının aparılması sahəsində də vəziyyət qeyri-qənaətbəxş olduğundan, mövcud halların aradan qaldırılması üçün yeni meyarların tətbiqinə ehtiyac var və bu sahədə yeni qaydaların hazırlanması nəzərdə tutulur. Bildirilib ki, vergidən yayınma hallarının ən çox təsadüf edildiyi daha bir sahə iri dövriyyəli pərakəndə satış obyektləridir. Bir çox ticarət mərkəzlərində, supermarketlərdə məsafədənötürmə qurğularının qoyulmasına baxmayaraq, həmin qurğulardan əldə edilən informasiya mübadiləsi günün tələbləri səviyyəsində deyil. Vergi orqanı əməkdaşlarının xronometraj aparmaq imkanları vaxt və fiziki baxımdan çətinlik yaratdığından, çıxış yolu iri dövriyyəli pərakəndə satış obyeklərində elektron məsafədənötürmə qurğularının tətbiqi ilə bağlı zəruri texniki işlərin görülməsinin sürətləndirilməsidir.

Vurğulanıb ki, vergi proqnozlarının icrasına mühüm təsir edən faktorlardan biri vergi borclarının alınmasının təşkilidir. Bu məsələ ilə bağlı yeni istiqamətlər müəyyənləşdirilib, istintaq orqanları da cəlb olunmaqla vergi borclarının alınması işinin təşkilinin təkmilləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Səyyar vergi yoxlamaları üzrə bir sıra mühüm tədbirlərin görülməsi, elektron qaimə-fakturanın tətbiqi ilə bağlı mövcud vəziyyətin dəyərləndirilməsi və yeni risk meyarları müəyyənləşdirilərək proqram təminatında elektron nəzarətin qurulması başlıca tələblərdən biridir.

Qeyd edilib ki, idxalçıların məsuliyyətinin artırılması üçün əlavə tədbirlərin görülməsi, istehsal olunan məhsul növləri üzrə istehsal obyektlərinin qruplaşdırılması və analoji vergi ödəyicilərinin göstəricilərinin müqayisəsinin aparılması, qızıl mağazaları üzrə vergi nəzarətinin gücləndirilməsi, otellər üzrə vergi öhdəliklərinə əməl edilməsi vəziyyətinin təhlili və bu sahələrdə vergidən yayınma hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi də baslıca tələblərdəndir. Həmçinin, nağd hesablaşmalar aparan vergi ödəyicilərində vergi nəzarətinin təmin edilməsi məqsədilə risk meyarlarının hazırlanması və buna uyğun tədbirlərin həyata keçirilməsi, real dövriyyəni yayındırmaq məqsədilə sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata düşən, amma ƏDV ödəyicisi olmalı vergi ödəyicilərinin təhlili və aşkarlanması da əsas vəzifələrdən olacaq.

Tədbirlər Planında yer alan məsələlər sırasında vergidən yayınma hallarının ən çox təsadüf olunduğu şadlıq saraylarına vergi nəzarətinin artırılmasıdır. Görüləcək işlər, həmçinin, mebel istehsalı və satışı ilə məşğul olan vergi ödəyiciləri və iri iaşə obyektləri üzrə vergi öhdəliklərinə əməl edilməsinin təhlilini, Bakı şəhərinin mərkəzində real icarə haqqının müəyyənləşdirilməsini və bu sahədə vergidən yayınma hallarının qarşısının alınması üçün qanunamüvafiq tədbirlərin görülməsini əhatə edir.

Elbrus CƏFƏRLİ

Mənbə: http://vergiler.az/art-view/6314/

Vergilər bölümünün son xəbərləri

2020-09-01 | Könüllü və intizamlı vergi ödəyicisi imici qazanmaq üçün vergi uçotu məlumatları diqqətdə saxlanılmalıdır
2020-08-28 | Fərdi sahibkarların məcburi dövlət sosial sığorta haqlarının hesablanması
2020-08-28 | Anbarı və istehsal sahəsi olmayan vergi ödəyicilərinin riskləri
2020-08-10 | Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi
2020-07-04 | Zərərlərin növbəti ilin gəlirləri hesabına kompensasiya edilməsi
2020-07-03 | Korporativ sosial məsuliyyət xərclərinin vergidən azadolunma meyarları
2020-07-01 | Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı mübarizə sahəsində vergi orqanlarına dəstək Tvinninq layihəsi başa çatıb
2020-06-22 | Taksi fəaliyyətinə görə ödənilən vergilərdə artım olubmu?
2020-06-22 | Zəruri ərzaq məhsullarının ƏDV-dən azad edilməsi
2020-06-19 | Riskli vergi ödəyicilərinə qarşı yoxlama və nəzarət tədbirləri

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2019.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!