Azərbaycanda nağd puldan istifadə məhdudlaşdırılacaq

2012-12-05 | Vergilər | 3581

Azərbaycanda nağd ödənişlər üçün limitin müəyyənləşdirilməsi zəruridir.
«APA-Economics»in məlumatına görə, bunu Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib.

Onun sözlərinə görə, nağdsız dövriyyənin genişləndirilməsi üçün Vergi Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı təkliflər artıq Nazirlər Kabinetinə təqdim edilib.

Baş İdarə rəisi bildirib ki, inkişaf etmiş ölkələrdə nağd pul kütləsinin ümumi pul kütləsində xüsusi çəkisi 7-10% arasında olduğu halda, ötən ilin məlumatına əsasən, bu göstərici Azərbaycanda 51% təşkil edib: «Bu da onu göstərir ki, nağdsız ödənişlərin genişləndirilməsi dövlətimizin maliyyə-iqtisadi siyasətinin əsas hədəflərindən biri olaraq qalır».

A.Musayevin sözlərinə görə, ölkədə nağdsız ödənişlərin inkişafını, o cümlədən POS-terminalların tətbiqini təmin edən 10-a yaxın normativ-hüquqi akt qəbul olunub. Bununla belə, nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron ödəniş vasitələrinin tətbiqi heç də problemsiz deyil: «Hələ də bəzi bankın və təsərrüfat subyektlərinin POS-terminalların tətbiqinə az maraq göstərməsi və əhalinin nağd ödənişlərin aparılmasına daha meylli olması müşahidə olunur. Hesab edirəm ki, bu sahədə tarixi təcrübədən, inkişaf etmiş ölkələrdə tətbiq olunan stimullaşdırıcı və məhdudlaşdırıcı tədbirlərdən istifadə etməklə, habelə əhalinin maarifləndirilməsi və məlumatlandırılması yolu ilə göstərilən problemlərin aradan qaldırılmasına nail oluna bilər».

Baş İdarə rəisinin sözlərinə görə, dünya təcrübəsində də nağdsız ödənişlərin həcminin artırılması üçün maarifləndirmə və təbliğat vasitələrindən əlavə, inzibati metodlardan da geniş istifadə olunur. Bir sıra ölkələrin maliyyə və vergi qanunvericiliyində əksini tapmış bu cür tədbirlərdən biri nağdsız ödənişlərin yuxarı həddi üçün limitin müəyyənləşdirilməsi və bu limitdən artıq ödəmələrə görə cərimənin nəzərdə tutulmasıdır. Məsələn, Fransada hüquqi şəxslər arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləği 1 300 ABŞ dollarından artıq olduqda, artıq məbləğin 5%-i həcmində cərimə tətbiq edilir. Bolqarıstanda nağd qaydada aparılan ödənişlərin maksimal məbləği 3,3 min dollardan artıq olduqda, fiziki şəxslər artıq ödənilmiş məbləğin 25%-i, hüquqi şəxslər isə 50%-i həcmində cərimə olunur. MDB ölkələrindən Qazaxıstanda hüquqi şəxslər arasında bir əqd üzrə nağd qaydada aparılan hesablaşmanın məbləği 26 min dollardan artıq olduqda, ödənişin 5%-i həcmində cərimə tətbiq edilir. Rusiyada hüquqi və fiziki şəxslərin bir əqd üzrə nağd qaydada apardıqları hesablaşmaların məbləği 3,4 min dollardan artıq olduqda, limitdən artıq vəsait ödəyənə qarşı 1,3-1,7 min dollar cərimə tətbiq olunur.

A.Musayev bildirib ki, bir çox ölkələrdə isə vergi sistemi vasitəsilə müəyyən güzəştlər tətbiq edilir və beləliklə, nağdsız dövriyyənin genişləndirilməsi üçün stimullaşdırıcı addımlar atılır: "Azərbaycanda da Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan təkliflər paket halına salınaraq Nazirlər Kabinetinə təqdim edilib. Bu dəyişikliklərin də bir qismi ölkədə nağdsız dövriyyənin genişləndirilməsinə xidmət edir".

Mənbə: www.apa.az

Vergilər bölümünün son xəbərləri

2025-10-30 | Alkoqollu içkilər və siqaret üçün aksiz dərəcəsi artırılır
2025-10-30 | Samirə Musayeva: Azərbaycan Aİ-yə ixrac edəcəyi məhsullara görə karbon vergisi ödəyəcək
2025-10-28 | Növbəti il sadələşdirilmiş vergi limiti 2 dəfə artırılır
2025-10-28 | Azərbaycanda media fəaliyyətindən əldə olunan gəlirlərə vergi güzəştinin müddəti 3 il uzadıla bilər
2025-10-28 | Azərbaycanda ictimai iaşə fəaliyyətində nağdsız dövriyyə 6%-lə sadələşdirilmiş vergiyə cəlb olunacaq
2025-10-27 | Fiziki şəxs sahibkarların DSMF ödənişləri artırılır
2025-10-22 | 7 illik vergi güzəşti ləğv olunur
2025-10-17 | Uçotsuz sahibkarlara şərait yaradan bazar mülkiyyətçilərinə xəbərdarlıq
2025-10-17 | Aksiz və əlavə dəyər vergisi siyasətində dəyişikliklər ediləcək
2025-10-02 | Vergi Məcəlləsi və Gömrük tarifi haqqında qanun layihələri qəbul edilib

www.muhasib.az. Bütün hüquqlar qorunur © 2010-2025.
Saytdakı materiallardan istifadə etdikdə www.muhasib.az saytına keçid qoymaq vacibdır!